Siyasət

  • 3 140

"İstənilən halda məsuliyyət Gürcüstanın üzərinə düşür" ÖZƏL-MÜNASİBƏT

image

Son aylarda davamlı olaraq Azərbaycanın Gürcüstanla sərhəddində yerləşən “Keşikçidağ” məbədi ətrafında təxribat xarakterli hərəkətlərin şahidi oluruq. Sonuncu belə bir olay iyulun 14-də baş verib. Məbədə gələn ziyarətçilərlə Azərbaycan sərhədçiləri arasında xoş olmayan insident yaranıb. “Keşikçi dağ” məbədi ətrafında baş verən olaylarla bağlı SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib ki, məntiqlə Gürcüstan hakimiyyəti Azərbaycanla münasibətlərdə diqqətli olmalıdır: “Niyə? Çünki Rusiya ilə münaibətlərinin korlandığı bir məqamda Gürcüstan digər qonşu ilə də münasibətlərini gərginləşdirməli deyil, normallaşdırmağa çalışmalıdır. Digər tərəfdən Azərbaycan Rusiyadan fərqli olaraq Gürcüstanın strateji tərəfdaşıdır. Burada digər məqam ondan ibarətdir ki, rəsmi Bakı prosesləri danışıqlar yolu ilə həll etməyə üstünlük verir və bunu bəyan edib. Artıq proses gedir. Buna baxmayaraq təxribatların qarşısı alınmayıb və davam etməkdədir”,- E.Şahinoğlu bildirib.Politoloq əlavə edib ki, əvvəlki təxribatlardan fərqli olaraq sonuncu təxribat zamanı Gürcüstan hakimiyyəti məsələyə reaksiya verərək, təxribatçılara xəbərdarlıq edib: “Rəsmi Tiflis bəyan edib ki, məsələ ilə bağlı danışıqlar gedir və onları prosesə mane olmamağa çağırıb”.O, hesab edir ki, Gürcüstan hakimiyyətinin bu addımı yetərli deyil: “Bu təxribatçıların hərəkətlərinin qarşısı alınmalıdır. Təxribatlar davam edəcəyi təqdirdə, rəsmi Bakı diplomatik dildə öz mövqeyini bildirməli və bunun nə ilə nəticələnə biləcəyini qarşı tərəfin diqqətinə çatdırmalıdır. Əgər təxribatlar davam edərsə, rəsmi Bakı Gürcüstanla bağlı siyasətində korrektələr edə bilər. Yəni rəsmi Tiflisin diqqətinə çatdırılmalıdır ki, strateji tərəfdaşla münasibətlərin korlanması hansı acı nəticələrə gətirib çıxara bilər. Rəsmi Bakı hətta təxribatların davam edəcəyi təqdirdə “Keşikçidağ” məbədi ərazisində sərhəddi də bağlamaq mesajını verməlidir”.Onun fikrincə, bu hadisələri Azərbaycanla Gürcüstan arasında münasibətləri pozmağa çalışan üçüncü qüvvə varsa, belə rəsmi Tiflisin məsələyə biganəliyi, susqunluğu, göz yumması xoşagələn hadisə deyil: “Ona görə də bu məsələdə istənilən halda məsuliyyət Gürcüstanın üzərinə düşür. Gürcüstan strateji tərəfdaşı olan ölkə ilə münasibətlərinin korlanmasına imkan verməməlidir. Bu qüvvələrin kim olduğunu tapıb ortaya çıxarmaq onların işidir”.

sia.az

Digər xəbərlər