Siyasət

  • 3 618

"Mətbuat özünü tənzimləyən quruma çevrilib" ÖZƏL-ŞƏRH

image

“Bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil media formalaşmaqdadır. Azad mətbuatın hüquqi bazasının uğurla reallaşması sayəsində jurnalist araşdırmaları, faktlaın dərc edilməsi üçün ölkəmizdə sərbəst imkanlar yaradılması danılmaz həqiqətdir. Azərbaycan dövləti özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl şəkildə davam etdirir. Bu mənada, 144-cü ildönümü tamam olan Azərbaycan mətbuatının perspektivi ilə bağlı düşüncələr kifayət qədər ürəkacan mənzərə yaradır”. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli deyib.Onun sözlərinə görə, Prezident İlham Əliyev söz və fikir azadlığına, mətbuatın inkişafına, bu sahədə yaranan problemlərin həllinə daim xüsusi diqqət və qayğı göstərir: “Məhz bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərir, onlar vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar.Mətbuatın, eləcə də digər media vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan addımlar isə ölkəmizdə kütləvi informasiya vasitələrinin müstəqilliyini daha möhkəm özüllər üzərində bərqərar edir. Real həqiqətdir ki, Azərbaycan dövlətinin artan imkanları milli mətbuatın inkişafı yolunda çətinliklərin aradan qaldırılması, onun aktual problemlərinin həlli məqsədilə kompleks tədbirlərin həyata keçirilməsinə geniş şərait yaradıb. Hazırda mətbuatda müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, dövlət orqanları ilə mətbuat arasında səmərəli əməkdaşlığın inkişafı, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına daha münbit şəraitin yaradılması, onların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövləti və cəmiyyətinin qarşısında duran mühüm vəzifələrdən biridir”.M.Ələsgərli bildirib ki, dünya təcrübəsi aydın şəkildə göstərir ki, mətbuatın müstəqilliyinin ən mühüm şərtlərindən biri onun iqtisadi cəhətdən özünü təmin etməsindən keçir: “Ümumilikdə Avropa media məkanı ilə müqayisədə Azərbaycanda medianın durumu tamam fərqlidir. Azərbaycanda dövlət mətbuatın inkişafı üçün üzərinə düşən bütün addımları atıb. Ölkəmizdə 1998-ci ildə rəsmi senzuranın ləğv edilməsi ilə başlanan mətbuat sahəsində liberallaşdırma prosesi sürətlə getdi. Məhz bu səbəbdən, ölkəmizdə 2003-cü ildə medianın inkişafı istiqamətində çox böyük nailiyyətlər əldə olundu. Bütün dünyada mətbuatın örnək olaraq göstərilməsi təcrübəsi yarandı. Rəsmi senzuranın ləğvindən sonra 1999-cu ildə KİV haqqında” qanunun qəbul olunması, 2001-ci ildə bu qanuna əlavə və dəyişikliklərin edilməsi, onun daha da liberallaşdırılması, həmçinin mətbuat üzərində dövlətin nəzarətedici qurumunun ləğv edilməsi, əvəzində mətbuata özünütənzimləmə statusunun verilməsi və Mətbuat Şurasının yaradılması kimi tədbirlər həyata keçirildi. Bu gün mətbuat orqanları üzərində heç bir rəsmi dövlət nəzarəti yoxdur və mətbuat özünü tənzimləyən quruma çevrilib. Bu da bütün dünya praktikasında tətbiq edilən modeldir”.M.Ələsgərli xüsusi olaraq vurğulayıb ki, qanunvericilik normasına baxmayaraq, əksər ölkələrdə, xüsusilə postsovet məkanında hələ tamamilə bu cür standartlar tətbiq olunmayıb. Ən böyük dövlətlərdən biri olan Rusiyada Mətbuat və İnformasiya Nazirliyi fəaliyyət göstərir ki, o mətbuata nəzarəti və lisenziyalaşma işini həyata keçirir. Azərbaycan postsovet məkanında ilk dəfə olaraq bu addımı atan ölkələrdən biridir. Bu da mətbuata özünütənzimləmə statusunu şamil etdi. Bu istiqamətdə atılan addımlar sırasında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunu qeyd etmək olar. Mətbuatın inkişafına yönələn bu üsul praktikada çox geniş yayılıb. Möhtərəm Prezidentimizin mətbuata davamlı və ardıcıl xarakter daşıyan qayğı siyasəti hər birimizdə razılıq hissi doğurmaqla yanaşı, həm də üzərimizə böyük məsuliyyət qoyur, qarşımızda yeni vəzifələr müəyyənləşdirir. İnanıram ki, peşəsini uca tutan, sağlam əqidəli, peşəkar jurnalistlərimiz cəmiyyət qarşısındakı sosial öhdəliklərini bundan sonra da layiqincə həyata keçirəcək, dövlət başçısının realığı əks etdirən dəyərli tövsiyələrini fəaliyyətlərində rəhbər tutacaqlar”.

sia.az

Digər xəbərlər