Siyasət

  • 3 053

"Mətbuatımız artıq 144 ildir ki, xalqımıza xidmət etməkdədir” ÖZƏL-MÜNASİBƏT

image

"Bütün həmkarlarımı Milli Mətbuatın yaranma günü münasibəti ilə təbrik edirəm. Belə bir gündə Həsən bəy Zərdabini xatırlamaq istərdim. Onun əsasını qoyduğu mətbuatımız artıq 144 ildir ki, Azərbaycan xalqına xidmət etməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.O, Azərbaycan mediasının müstəqillik dövründə sürətli və azad inkişaf yolu keçdiyini qeyd edib: “Azərbaycan mətbuatının inkişafı Ümummilli Lider Heydər Əliyev və cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ulu Öndər və Prezident İlham Əliyev mətbuatın inkişafına böyük töhfələr verib. Ölkəmizdə mətbuatla bağlı atılan addımlar, Prezidentin şəxsən özünün mətbuata ayrıca diqqət və qayğı göstərməsi, jurnalistlərin qaldırdığı bütün problemlərə həssas yanaşması, qaldırılan hər bir problemin çox qısa bir müddətdə həll edilməsi üçün göstərişlər verməsi cənab Prezidentin Azərbaycan mətbuatına, bütövlükdə media ictimaiyyətinə özəl bir diqqətinin və qayğısının göstəricisidir”.Azərbaycan mətbuatının dünya mediası arasında sayılıb-seçilən, özünə görə mövqeyi, çəkisi və gücü olan mətbuatlardan olduğunu deyən A. Həsrət, bu gün ölkəmizdə jurnalistlərin sərbəst şəkildə işləməsi, yaradıcılıqla məşğul ola bilməsi üçün bütün imkanların yaradıldığını bildirib: “Bütün bunları nəzəri alaraq, mətbuat günündə yalnız jurnalist həmkarlarımı yox, həm də Azərbaycan Prezidentini təbrik edirəm. Çünki cənab Prezident İlham Əliyevi hər zaman yanımızda görmüşük, çətinliklərimiz olanda ona üz tutmuşuq və bütün problemlərimizi də çox qısa zamanda həll edib”.

sia.az

Digər xəbərlər