Siyasət

  • 2 915

"Azərbaycan bu gün müasir inkişaf yolunda inamla irəliləyir" AÇIQLAMA-ÖZƏL

image

“1960-ci illərin sonlarına kimi Cənubi Qafqaz respublikalarından söz düşərkən, dərhal Gürcüstanla bədxah qonşu respublikanın adı çəkilir, onlar göz önünə gətirilirdi, Azərbaycanı, azərbaycanlıları bilərəkdən və bilməyərəkdən görməzdən gəlirdilər. Ancaq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu mənfi tendensiya bütün SSRİ boyu aradan qaldırıldı, bütün stereotiplər sındırıldı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.Qısa müddət ərzində Azərbaycan gənclərinin SSRİ-nin ən tanınmış və ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilirək, həm Azərbaycanın, həm də SSRİ-nin inkişafına töhfələr verməyə başladığını xatırladan deputat deyib ki, işlər bununla yekunlaşmadı ölkəmizin tanınan ziyalı, elm, ədəbiyyat, incəsənət, mədəniyyət xadimlərinin səsi yüksək kürsülərdən gəlməyə başladı.K.Əliyeva söyləyib ki, 13 illik birinci hakimiyyəti dövründə Ümummilli lider Heydər Əliyev keçmiş SSRİ-nin bütün buxov və qadağalarına əhəmiyyət verməyərək, Azərbaycanda milli ruhu, milli ovqatı, azərbaycançılığı ayağa qaldırdı: “Milli ruh, milli ovqat bütün sahələrə hakim kəsildi, Azərbaycan dilinin dövlət dili kimi işlədilməsində və inkişafında yeni mərhələ başlandı. Çox sevindirici və əlamətdar haldır ki, Azərbaycan xalqı ikinci müstəqilliyinin ilk ağır dönəmlərində, 1993-cü ilin iyununda Xilaskar kimi yenidən Ümummilli liderə üz tutdu, onu ikinci dəfə hakimiyyətə gəlməyə razı sala bildi”.Depputat qeyd edib ki, 1993-ci ildən 2003-ci ilə qədər də Dahi şəxsiyyət Azərbaycanı parçalanmaq, bölünmək, məhv olmaq təhlükəsindən birdəfəlik qurtaraq, onu regionun və yerləşdiyi coğrafiyanın ən inkişah etmiş ölkələrindən birinə çevirməyə nail oldu: "Dünya bir daha müstəqil Azərbaycanı tanıdı, onunla razılaşdı, hesablaşdı. Məhz Onun tərəfindən qoyulan təməllər və sonradan Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün siyasət nəticəsində Azərbaycan bu gün müasir inkişaf yolunda inamla irəliləyir”.

sia.az

Digər xəbərlər