Siyasət

  • 3 618

YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Argentina Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

image

YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iyulun 16-da Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella ilə partiyanın İcra katibliyində görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Yeni Azərbaycan Partiyası haqqında məlumat verərək, partiyanın beynəlxalq əlaqələrinin coğrafiyasının sürətlə genişləndiyini, bu baxımdan Latın Amerikası regionunun aparıcı dövlətlərindən olan Argentinanın maraq kəsb etdiyini vurğulayıb.
Səfir Serxio Osvaldo Perez Qunella Argentina ilə Azərbaycan arasında müxtəlif sferalarda, o cümlədən siyasi sahədə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.
Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.

yap.org.az

Digər xəbərlər