Siyasət

  • 2 979

Lerikdə Yeni Azərbaycan Partiyası gəncləri “Dövlət gənclər siyasətində partiya gənclərinin rolu” mövzusunda müzakirələr keçirib

image

Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu çərçivəsində Lerikdə “Dövlət gənclər siyasətində partiya gənclərinin rolu” mövzusunda müzakirə və təqdimat olub.

Çıxış edən Milli Məclisin deputatı Sevinc Hüseynova dövlət gənclər siyasətinin əsas prinsip və prioritetləri barədə məlumat verib. Deputat bildirib ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Vurğulanıb ki, Azərbaycanda gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sevindirici hal ondan ibarətdir ki, bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tez-tez gənclərlə görüşür, onlarla səmimi fikir mübadiləsi aparır.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasında Gənclər siyasəti və İdman məsələləri şöbəsinin yaradılması, V çağırış Milli Məclisin tərkibində yeni Gənclər və İdman komitəsinin fəaliyyətə başlaması bir daha Azərbaycanda gənclər siyasətinə sistemli və davamlı münasibətin göstərildiyini nümayiş etdirir.
Müzakirələrdə çıxış edən gənclər dövlət gənclər siyasətinin həyata keçirilməsində Yeni Azərbaycan Partiyasını təmsil edən gənclərin rolundan bəhs ediblər.
Müzakirələrdən sonra YAP Şəmkir rayon təşkilatının Gənclər Birliyinin sədri Emin İsmayılov dövlət gənclər siyasəti və Şəmkir rayonunda gənclərin fəaliyyəti barədə təqdimat edib.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

yap.org.az

Digər xəbərlər