Siyasət

  • 3 504

"Müəyyən qüvvələrin məkrli niyyətləri bundan sonra da həyata keçməyəcək" RƏY - ÖZƏL

image

“Neçə vaxtdır “Keşikçidağ” məsələsi ətrafında baş verənlər, eləcə də, ayının 14-də məbəd kompleksində yaşanan insident müəyyən qüvvələrin Azərbaycan və Gürcüstan arasında münasibətlərin pozulmasına yönəlsə də, onların xam xəyalları və məkrli niyyətləri bundan sonra da həyata keçməyəcək”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.O bildirib ki, yaşananlar həmin şəxslərin, qüvvələrin nə qədər təhlükəli oyuna girişdiklərini bir daha çılpaqlığı ilə ortaya qoyur: “Ancaq onlar bir şeyi unudurlar və unutdular ki, Azərbaycan xalqı və dövləti belə provakasiyalara gedən deyil. Belə addımlar iki dövlət və xalq arasında münasibətlərin pozulmasına, korlanmasına gətirib çıxarmayacaq, olan onların özlərinə olacaq”.E. Səlimov söyləyib ki, təbii ki, onlar bunu da özbaşına etmirlər, onları da “hərəkətə gətirən”, “danışdıran” qüvvələr var və onların məkrli planlarını icra edirlər: “Ancaq əslində bununla özlərini daha pis, daha rəzil duruma salmış, özləri-özlərini ifşa etmiş olurlar”.Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovun fikirlərini xatırladan deputat söyləyib ki, rəsmi açıqlamada da bildirildiyi kimi insidentin Gürcüstan hökuməti ilə əlaqəsi yoxdur, lakin Gürcüstan sərhədçiləri öz hərəkətsizliyi ilə bu təxribatçıların və cinayət ünsürlərinin Azərbaycan Respublikası ərazisinə buraxılmasına görə məsuliyyət daşıyırlar: “Bu kimi təxribatlar və insidentlər iki ölkə arasında təşəkkül tapmış dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurur, odur ki, bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməli və qanunların tələbinə uyğun cəzalanmalıdırlar”.Deputat qeyd edib ki, Azərbaycanla Gürcüstan, Azərbaycan xalqı ilə gürcü xalqı hər zaman mehriban qonşuluq və dostluq münasibətlərində yaşayıblar: “Bu iki dövlət və iki xalq tarixin bütün dönəmlərində bir-birinə dəstək olub, bir-biri ilə həmrəylik nümayiş etdiriblər. Xüsusilə, Azərbaycan xalqı və dövləti hər zaman öz addımlarında, davranışlarında, əməkdaşlıq və tərəfdaşlıq niyyətlərində səmimi olduğunu həm sözü, həm də əməli ilə sübuta yetirib”.

sia.az

Digər xəbərlər