Siyasət

  • 5 581

Əli Kərimlinin “miqrant alveri”nin “dileri” kimdir? AUDİOYAZI

image

Bu dəfə AXCP gənclər komitəsinin fəalı Türkel Azərtürk açığa çıxdı

AXCP sədri Əli Kərimlinin “siyasi mühacir”, yaxud "miqrant alveri" ətrafında ortaya çıxan faktlar bu gün də ortaya çıxmaqda davam edir. SİA-ya daxil olan məlumata görə, artıq bu bazar elə bir qalmaqallı ticarətə dönüşüb ki, Avropada - sözügedən biznes məsələsində Ə.Kərimliyə və adamlarına ortaq olan şəxslər əldə edilən gəlirləri bölüşdürə bilmədiklərinə görə, ifşa kampaniyası aparırlar. Lakin fakt budur ki, AXCP sədrinin “siyasi mühacir” biznesi var və həmin biznesin əsas təşkilatçılarından biri də partiyanın gənclər komitəsinin fəal üzvü Türkel Azərtürkdür. Artıq bu şəxsin siyasətlə, hətta ictimai işlə məşğul olmayan adamları “siyasi mühacir” qismində Avropaya göndərmək cəhdini ifşa edən audioyazı da ortadadır. Facebook və Youtube sosial şəbəkələrində sözügedən audioyazı ictimailəşdirilib. Həmin səs yazısını isə bu linkdən daxil olaraq dinləyə bilərsiniz.Audioyazıdan açıq şəkildə məlum olur ki, tərəflər qiymətləşmə aparır, müəyyən məsləhət və tövsiyələrini verərək, onların toruna düşmüş şəxsi şirnikləşdirir, T.Azərtürk isə “cəbhəçi qardaş” adlandırılaraq ona etimad olunduğu göstərilir.
Faktlar, dəlillər, sübutlar...
Uzun illərdir ki, ənənəvi müxalifətin "lider" kreslosunu işğal edən və pafoslu çıxışlarla özünü "demokrat" kimi təqdim etməyə çalışan psevdomüxalifətçi Ə.Kərimlinin əslində hansı işlər gördüyü artıq hər kəsə bəllidir. Hələ bir neçə il öncə məlum olmuşdu ki, Ə.Kərimli mühacirətə göndərdiyi şəxslərə "müxalifətçi arayışı"nı 3000 dollara satır. Bunu isə, nə qədər qəribə görünsə belə elə Kərimlinin mühacirətə göndərdiyi şəxslərin özləri də təsdiq ediblər. Həmin arayışların surətini də ölkə mətbuatına məhz Avropada yaşayan azərbaycanlılar tərəfindən göndərmişdilər. O da sirr deyil ki, AXCP sədrinin rəhbərliyi ilə təşkil olunan mitinqlər də, məhz mühacirətə göndərmək üçün "müştəri" axtarışı vasitəsidir. Məsələn, heç də təsadüfi deyil ki, bir neçə ay öncə təşkil olunan mitinqlərdə adının çəkilməsini istəməyən gənc fəal həmin aksiyada "hökumətə etiraz" etdiyini desə də, "Milli Şura"nın mitinqinə qatılmaqda əsas məqsədinin etiraz etmək olmadığını etiraf etmişdi.
"3000 manata arayış söz veriblər"
Yenə də uzağa getməyərək, biz Ə.Kərimlinin “miqrant alveri” məsələsində insanları aldatdığını sübut edən daha bir faktı xatırlatmaq istərdik. Hətta iddia oluna bilər ki, bu gün AXCP sədrinə Avropaya köçmək istəyən adamları təqdim edən də məhz T.Azərtürkdür. İki il qabaq Kərimlinin toruna düşən şəxs sosial şəbəkədə yazmışdı. SİTAT: "Ə.Kərimliyə inanmıram. Bilirəm ki, hər zaman olduğu kimi, yenə də hamını aldadacaq. Onun korrupsionerlərdən qətiyyən heç bir fərqi yoxdur. Sadəcə, dostlarım dedi ki, get, mitinqdə iştirak elə, sonra səni Ə.Kərimli xaricə göndərəcək. Mən də çalışıram ki, həmin arayışı alım və xaricə gedim. Dostum (çox güman ki, Türkel Azərtürk nəzərdə tutulur – R.R.) Ə.Kərimlinin yanında olan adamdır. O, mənə vəd verib ki, rəhbərliklə danışıb və onlar mənə arayış verəcəklər. Dostum dedi ki, o arayışın qiyməti 3000 manatdır. Mən nə zaman o pulu ödəsəm, arayışı verib məni xaricə göndərəcəklər".Ə.Kərimli isə gah sosial şəbəkədə, gah da nəzarətində saxladığı AXCP-yə yaxın mətbu orqanlarda bu sübutları təkzib etməyə çalışır, ancaq bu cəhdləri işə yaramır. Çünki sübutlar çox ciddidir və bunları təkzib etmək mümkün deyil. "Yurd" sədri də bunu anlamağa başlayıb və hədəfi yayındırmağa çalışır. Ancaq ictimaiyyət hər şeyi görür və artıq Ə.Kərimlinin dediklərinə heç kim inanmır. Əvvəllər bu kimi məsələləri "Yurd"un öz media quruluşları gündəmə gətirirdi və bununla da, özlərinə müştəri yığırdılar. Ancaq artıq vəziyyət o yerə çatıb ki, "yurd"çuların özü belə Ə.Kərimliyə etiraz edir. Yuxarıda da qeyd etdiyimiz kimi, yüksək məbləğlər qarşılığında, Əli Kərimlinn imzası ilə verilən arayışları, məhz "yurdçu"lar yayır. Artıq onlarda Ə.Kərimlinin, əslində, kimə və nəyə xidmət etdiyini görür, başa düşürlər.
Həm AXCP sədri, həm onun “siyasi mühacir” biznesinin Türkel Azərtürk tipli “dilerləri” özlərini açığa çıxarıblar
Bu arada daha bir faktı da xatırlatmaq olardı. 2016-cı ildə Almaniyada yaşayan azərbaycanlı mühacirlərdən biri Kərimlinin "mühacir biznesilə" məşğul olduğunu sübut edən sənədlər göndərəcəyini bildirmişdi. Mediada adının hallanmasını istəmədiyini deyən azərbaycanlı mühacir bunu ölümlə təhdid edilməsi ilə izah edərək yazmışdı: "Əli Kərimlinin mühacir biznesinə nəzarət edən şəxslər əlimdə faktların olduğunu bilir və məni ölümlə hədələyir, şantaj edirlər. Ancaq yaxın zamanlarda bütün Azərbaycan ictimaiyyəti Ə.Kərimlinin və onun adamlarının hansı işləri, hansı məbləğ qarşılığında gördüyünü biləcək".Göründyüü kimi, uzun zamandır müxalifətçi maskası altında gizələnən Əli Kərimli növbəti dəfə təkzibolunmaz faktlar qarşısında aciz qalıb və bu dəfə onun qaçacağı yer də yoxdur. Necə deyərlər, həm AXCP sədri, həm onun “siyasi mühacir” biznesinin Türkel Azərtürk tipli “dilerləri” özlərini açığa çıxarıblar.

sia.az

Digər xəbərlər