Siyasət

  • 3 196

"Paşinyan siyasi dəstəyə hələ də ümidlidir" ÖZƏL-MÜNASİBƏT

image

"Bu həftə Ermənistanda heç kim qalmayacaq, hamısı Amerikada olacaq". Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.Politoloqun sözlərinə görə, Ermənistan xarici işlər naziri Zöhrab Mnasakanyan iyulun 18-də Vaşinqtonda "Dini azadlıqlar" konfransında iştirak edəcək: "Ermənistan parlamentinin sədri Ararat Mirzoyan isə artıq Amerikadadır. O Vaşinqtonla yanaşı Nyu-York və Bostnda işgüzar görüşlər keçirəcək. Bu son deyil. Ermənistan baş nazirinin müavini Tiqran Avinyan da Amerikaya yola düşür. O da Nyu-Yorkda hansısa konfransda iştirak edəcək. Bir sözlə, Ermənistanın baş naziri Nikol Paşinyan Amerikaya əməlli-başlı siyasi desant göndərib. Paşinyan Amerikadan pul qopara bilməsə də, siyasi dəstəyə hələ də ümidlidir".

sia.az

Digər xəbərlər