"Mediamızın bu illər ərzində inkişafı qürurvericidir" ÖZƏL -MÜNASİBƏT

“Bu gün Azərbaycan mediası üçün əlamətdardır. Çünki, Milli Mətbuatın yaranmasının144-cü illiyi tamam olur”. Bunu SİA-ya “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Azərbaycan mediasının çox böyük inkişaf yolu keçdiyini deyən baş redaktor bildirib ki, ölkə mediasının hazırki vəziyyətini 144 illik inkişaf yolunun zirvələrindən biri saya bilərik: “Bu illər ərzində Azərbaycan mediası yüksək peşəkarlıq göstəriciləri əldə edib. Jurnalistlərin sosial vəziyyəti yaxşılaşıb, onların mənzil probleminin həlli yönmündə əməli və böyük addımlar atılıb. Mediamızın beynəlxalq inteqrasiya yönümündə fəaliyyətindən nəticələr əldə olunub. Mediamızın peşəkarlıq səviyyəsinin artırılması istiqamətində böyük nailiyyətlər var”.A.Quliyevin sözlərinə görə, hazırda mətbuatımızın dövlətçilik mənafeləri və vətənpərvərlik prinsiplərinin mənimsəməsi yüksək səviyyədədir: “Bir sözlə ifadə etsək, mediamızın bu illər ərzində inkişaf nəticələri qürurvericidir. Ən böyük nəticə isə mediamızın dövlətçi media olmasıdır. Çünki heç zaman Azərbaycan mediası indiki kimi dövlətçi olmayıb. Təbii ki, bu da görülən işlərin nəticəsidir”.Baş redaktor qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin konseptual olaraq həyata keçirdiyi media siyasəti nəticəsində media orqanlarının maddi texniki durumu möhkəmlənib: “Ölkə başçısının sərəncamları ilə bu sahəyə maliyyənin ayrılması, jurnalistlərin mənzillərlə təmin olunması, fərdi yazı müsabiqələrinin keçirilməsi, ehtiyacı olan jurnalistlərə sosial yardım istiqamətində dəstəyin verilməsi ilk növbədə mediamızın dövlətçi mediaya çevrilməsində böyük rol oynayıb”.“Görülən işlərlə yanaşı, digər tərəfdən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi tədbirlər nəticəsində mediamızla icra hakimiyyəti orqanları arasında işgüzar əlaqələr möhkəmlənib. Təbii ki, sadalananlar Azərbaycan mediasının keçdiyi inkişaf yolunun yalnız müəyyən ümumi mənzərəsi idi. Təbii ki, deyilən hər fikrin arxasında çoxlu sayda element və detallar var”- deyə, A. Quliyev əlavə edib.

sia.az