Siyasət

  • 3 315

"Azərbaycan dünyada yeganə ölkədir ki,...." ÖZƏL-MÜNASİBƏT

image

“Yaxşı haldır ki, Prezident və yürütdüyü siyasətdə mətbuta qayğı öz yerini tapıb. Bu, həm də təkcə evlərin tikilib paylanması deyil, vaxtaşırı digər məsələlərdə də özünü göstərir”. Bunu SİA-ya "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz deyib.Onun sözlərinə görə, mətbuata diqqət, mətbuatın müstəqil olmasına ən yaxşı töfhədir: “Son illərdə isə jurnalistlərin sosial məsələlərinin həlli istiqamətində mühüm layihələr icra edilib. Azərbaycan dünyada yeganə ölkədir ki, mətbuat nümayəndələrinə dövlət tərəfindən pulsuz olaraq mənzil verilir. Milli Mətbuat günü ərəfəsində 255 jurnalistə mənzil təqdim olundu. Bunun özü bir daha sübut edir ki, ölkəmizdə KİV nümayəndələrinin yüksək səviyyədə fəaliyyət göstərmələri, azad mətbuatın təmin edilməsi ilə yanaşı, dövlətimiz jurnalistlərin mənzil-məişət məsələlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına da xüsusi diqqətlə yanaşır”.Bu tədbirlərin ardıcıl xarakter daşıyacağını qeyd edən Y. Oğuz söyləyib ki, mətbuat nümayəndələri də öz növbələrində onlara göstərilən etimadı doğrultmalı, Ölkə başçısı və dövlətçilik prinsipləri ətrafında sıx birləşməlidir.

sia.az

Digər xəbərlər