Siyasət

  • 2 970

"Bölgədə növbəti münaqişə ocağının alovlandırılmasına imkan vermək olmaz" MÖVQE-ÖZƏL

image

"Bu gün regionumuz, bölgəmiz və ümumilikdə dünyamız qaynar qazan kimidir. Hər bir yanda münaqişə ocaqları, qarşıdurmaların şahidi oluruq. Belə olan təqdirdə bölgədə növbəti münaqişə ocağının alovlandırılmasına heç çür və qəti şəkildə imkan vermək olmaz". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.İllərdir Azərbaycanın Dağlıq Qarabağ, Gürcüstanın Abxaziya və Cənubi Osetiya kimi ciddi problemi olduğunu deyən deputat söyləyib ki, hər üç problem kənar qüvvələrin, bu zonanı əldən vermək istəməyən güclərin, imperiya maraqlarından çıxış edən dairələrin əli ilə yaradılıb.Onun sözlərinə görə, hər iki dövlət və xalqların bu məsələlərin həllində eyni mövqedən çıxış etməsi, beynəlxalq arenada bir-birinə dəstək verməsi çox sevindirici haldır."Keşikçidağ" məbəd kompleksində yaşanan insidentin iki dost və qonşu ölkə, eləcə də xalqlar arasında münasibətlərin, əlaqalərin ruhuna zidd olan hərəkət olduğunu deyən K. Əliyeva bildirib ki, ölkəmiz hər zaman belə məsələlərdə, dostluq, qonşuluq, müttəfiqlik münasibətlərində səmimi niyyətlərini öz əməli addımları ilə ortaya qoyduğu kimi u məsələdə də öz səbri və təmkini ilə bu niyyətini bir daha nümayiş etdirdi: "Bu baxımdan, bizim də haqqımızdır ki, qarşı tərəfdən bunu tələb edək və gözləyək. Müsbət haldır ki, Gürcüstanın baş naziri də məsələyə olduqca, təmkinli, dəqiq qiymət verərək, iki ölkə arasında münasibətlərin pozulmasına yönəlmiş addımların yolverilməz olduğunu bildirib. Hesab edirik və inanmaq istəyirik ki, bu sözlər söz olaraq qalmayacaq, son insidentdə əli, günahı olan hər bir kəs aşkarlanaq, layiqli şəkildə cəzalandırılacaqlar. Eyni zamanda, gələcəkdə bu kimi hadisələrin baş verməməsi üçün digər bütün zəruri addımları atacaqlar".

sia.az

Digər xəbərlər