"Prezidentimiz tərəfindən mətbuata xüsusi diqqət və qayğı göstərilir" ÖZƏL-MÜNASİBƏT

"Bütün dövrlərdə ölkəsinə, xalqına bağlı çoxlu insanlar olub. Hərə bir sahə üzrə ölkəsinin inkişafına, tərəqqisinə, dünyada tanınmasına, qüdrətlənməsinə, nüfuz sahibi olması üçün çalışıblar bu gündə çalışırlar". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.Deputatın sözlərinə görə, Həsən bəy Zərdabi Azərbaycan dilində qəzetə ehtiyacı olduğunu hiss edərək bu istiqamətdə xeyli işlədi və 22 iyul 1875-ci ildə ilk qəzeti nəşr etdi: "Zaman keçdikcə mətbuat müxtəlif təzyiq və qadağalara məzur qalmaqla, çətin bir yol keçmişdir. Bütün bu çətinliklərə baxmayaraq Həsən bəy Zərdabi millət və xalq üçün vətənpərvər və maarifpərvər ideyalarını ortaya qoyaraq böyük bir məktəb yaratmışdır.Azərbaycan müstəqillik qazanandan sonra mətbuat təbliğatçıya çevrildi. 1993-cü ildən başlayaraq KİV-ləri inkişaf etməyə başladı. Ümummilli Lider Heydər Əliyev bu sahəyə xüsusi diqqət və qayğı göstərməklə azad, demokratik mətbuatın əsasını qoydu. Mətbu orqanların texniki bazasının əsaslı sürətdə yenilənməsinə nail oldu. Özəl mətbuat inkişaf etdirildi. Mətbuatda senzura ləvğ edildi.Bu gündə möhtərəm Prezidentimiz tərəfindən mətbuata xüsusi diqqət və qayğı göstərilir. Heç bir ölkədə olmayan bir hal mətbuat işçiləri dövlət tərəfindən mənzillə təmin olunur. Mətbuat işçiləri fəxri adlarla təltif olunur. Peşə bayramları münasibətilə bütün mətbuat işçilərini təbrik edir, həqiqət carçısı olmalarını arzulayıram".

sia.az