Siyasət

  • 3 177

Eldəniz Səlimov: Azərbaycanla Çin arasında münasibətlər daha da genişlənir

image

“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əməkdaşlıq inkişaf etdikcə iki ölkənin münasibətləri daha da genişlənir”. Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib. E.Səlimov bildirib ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında iqtisadi, nəqliyyat, sənayə, kənd təsərrüfatı, sahələrinin qarşılıqlı inkişafı ilə əlaqədar bir sıra sənədlər imzalanıb. Onun sözlərinə görə, Prezidentimiz cənab İlham Əliyevin Çin Xalq Respublikasında keçirilən “ Bir kəmər, bir yol” beynəlxalq forumda iştirak etməsi, Çin Xalq Respublikasının Sədri cənab Si Cinpi ilə görüşü və bu görüş zamanı imzalanan mühüm əhəmiyyətə malik sənədlər ölkəmiz arasındakı əməkdaşlığın inkişafına xidmət edir.“Çin Komminist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun başçılıq etdiyi nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi əlaqələrin inkişafına böyük təkan verəcək. Bakıda keçirilən “Si Cinpinin yeni dövr Çin səciyyəvi sosializm ideyası” mövzusunda konfransda da vacib məsələlər müzakirə olundu. Qədim İpək yolunun bərpası, Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizi Çinin Avropaya çıxışını daha da yaxınlaşdırmaqla iqtisadi inkişafını sürətləndirəcək. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji əməkdaşlıq uğurla davam edəcək”-deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər