"Paşinyan Qarabağ mövzusunu müzakirə etməkdən qorxur" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan demokratik islahatlara gedərək Qafqazda ən liberal ölkə olsa belə, ermənilər Qarabağa ərazi iddialarından imtina etməyəcəklər və Yerevanın tərəfdarları öz müttəfiqlərinin maraqlarını müdafiə etməyi dayandırmayacaqlar". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.Politoloqun sözlərinə görə, Paşinyan özünü sülhə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı faydalı həllinə tərəfdar kimi göstərərək Azərbaycanı aldatdı: “Çoxumuz düşünürdük ki, elə indi də belə hesab edənlər var ki, Paşinyan sülhməramlıdır, Levon Ter-Petrosyanın məlum ideyalarının davamçısıdır. Ancaq baş nazir olan Nikol əslində prezidentlər Köçəryan və Sarqsyandan da böyük separatçı imiş. Hətta Ermənistan Milli Məclisinin deputatı olarkən Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının tərəfdarı olan Georgi Vanyanla tanışlığına son qoydu, halbuki, doxsanıncı illərdən onun ideologiyasını bölüşüb".O, ATƏT-in Minsk Qrupunun tərkibindən, xüsusilə ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin fəaliyyətindən narazı olduğunu bildirib.Danışıqlar prosesinin yubadılmasının yeni mərhələsi Madrid prinsiplərinin reallaşmasının təfərrüatlarının açıqlanması barədə Paşinyanın təklifinin ATƏT-in Minsk Qrupu tərəfindən icrası ola bilər. Açıqlamalarla proses yubanacaq, "ərazi müqabilində sülh" ideyasını isə Paşinyan prinsipial olaraq qəbul etmir", - E.Şahinoğlu hesab edir.Eyni zamanda Paşinyan Qarabağ mövzusunu prezident İlham Əliyevlə müzakirə etməkdən qorxur, iki dəfə - Düşənbə və Davos görüşlərində bu müzakirələrdən yayınıb. Nikol internetdə tvit yerləşdirərək İlham Əliyevlə danışıq aparmaqdan imtina etdiyini bildirib.

sia.az