Siyasət

  • 3 849

Tahir Mirkişili: 2019-cu ilin sürətli iqtisadi inkişaf ili olacağı əvvəlcədən gözlənilirdi

image

2019-cu ilin sürətli iqtisadi inkişaf ili olacağı əvvəlcədən gözlənilirdi. Bu artımı şərtləndirən əsas amillər Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan iqtisadi islahatlar, ölkədə islahatlar üçün əlverişli mühitin olması, uzun illər ərzində həyata keçirilən iri layihələrin, inşa edilən müəssisələrin fəaliyyətə başlamasıdır.Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Deputat qeyd edib ki, aparılan islahatlara və təşəbbüslərə, dövlətimizin başçısının çağırış və tövsiyələrinə iqtisadi subyektlər lazımi dəstəyi və reaksiyanı verərək makroiqtisadi göstəricilərdə müsbət dinamika göstəriblər. Belə ki, ötən müddət ərzində ÜDM-in 2.4 faiz, qeyri-neft sektorunun 3.2 faiz, qeyri-neft sənayesinin 15.7 faiz, kənd təsərrüfatı istehsalının 13 faiz, qeyri-neft ixracının 15 faiz, valyuta ehtiyatlarının 4 milyard dollar artması deyilənlərə sübutdur.
Onun sözlərinə görə, 2018-ci ildə qanunvericilik bazasının təkmilləşməsi iqtisadi tənzimləməni daha effektiv edib və iqtisadi subyektlərin şəffaflığa və haqlı rəqabətə inamını daha da artırıb. 2019-cu ilin 6 ayının yekunlarına əsasən dövlət büdcəsi gəlirlərinin 440 milyon manat, vergi yığımlarının 8.8 faiz, gömrük, yığımlarının 8 faiz artması, vergi ödəmələrində qeyri-neft sektorunun payının 70 faizi ötməsi, 100 mindən çox yeni əmək müqavilələrinin imzalanması bu deyilənlərə sübutdur.
Tahir Mirkişili qeyd edib ki, ötən müddət ərzində iqtisadiyyatın effektiv tənzimlənməsi artan bütün gəlirlərin 4 milyondan çox insanın sosial qayğısının gücləndirilməsinə yönəltməyə imkan verib.
O əlavə edib ki, bütün bu artımlar fonunda inflyasiya cəmi 2.5 faiz olub, əhalinin gəlirləri isə 6.6 faiz artıb.
Göründüyü kimi, bütün bu nəticələr diqqətlə planlaşdırılmış iqtisadi islahatlar dairəsinin elementləridir. Hər bir elementin müsbət dinamika göstərməsi atılan addımların effektivliyindən xəbər verir. “Düşünürəm ki, dövlətimizin başçısının “Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir” tezisi Azərbaycan iqtisadiyyatının inkişafında yeni müsbət nəticələr əldə etməyə imkan yaradacaqdır”,-deyə Milli Məclisin deputatı vurğulayıb.

yap.org.az

Digər xəbərlər