Siyasət

  • 3 012

"Paşinyan danışıqlar aparmaqdan boyun qaçırır" ÖZƏL-MÜNASİBƏT

image

"Bu ilin sentyabrın əvvəllərində qondarma “DQR”-da seçkilər keçiriləcək. Ermənistanın baş naziri Nikol Paşinyanın əsas məqsədi odur ki, bu yerli seçkilərdə ona simpatiya ilə yanaşan xadimlər qalib gəlsinlər". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.Politoloqun sözlərinə görə, Paşinyan bu qabiliyyətlə də çalışır ki, gələn il bu qondarma rejimdə keçirilən qondarma prezident seçkilərində öz namizədinin qalibiyyətini təmin etsin: "Paşinyanın avqustun 5-də Xankəndində keçirəcəyi mitinqdə də əsas məqsəd məhz bundan ibarətdir. Çox güman ki, onun çıxışı yerli yəni qondarma separatçı qurumun elektoratına ünvanlanacaq. Əlbəttə ki, bu acınacaqlı haldır. Nəzərə alsaq ki, Paşinyan Azərbaycanın işğal olunmuş torpaqlarına səfər edir və orada siyasi fəallıq göstərir. Bu səfərlər təxribatçı xarakter daşıyan səfərlərdir. Çünki bu onu göstərir ki, Ermənistan həmin ərazilərdə hökmranlıq edir və o əraziləri boşaltmaq niyyətində deyil. Paşinyan Azərbaycanla danışıqlar aparmaqdan boyun qaçırır. Təəssüflər olsun ki, bu cür səfərlər xarici müşahidəçilər, ATƏT-in Minsk Qrupu tərəfindən lazımi siyasi qiymət almır. Siyasi qiymət almadığı üçün də belə səfərlər, bu siyasi oyunlar sürətlə inkişaf etdirilir”.

sia.az

Digər xəbərlər