Siyasət

  • 3 754

"Sosial qayğıya ehtiyacı olanlara xüsusi önəm verilir" MÖVQE-ÖZƏL

image

“Azərbaycan Prezidenti İlham Əliyev hələ 2018-ci ilin sonlarında bəyan etmişdir ki, qarşıdan gələn dövrdə əhalinin sosial durumunun daha da yüksəldilməsi prioritet təşkil edəcək. Bu fikirlərin məntiqi nəticəsi olaraq 2019-cu ilin əvvəlindən başlayaraq ölkə başçısı tərəfindən iki böyük sosial islahat paketi təsdiq edilib. Hansı ki, hər iki paketin ümumi məbləğinin cari il üçün 2.3 milyard manat, gələn il üçün isə daha 3 milyard manat sərf olunması nəzərdə tutulur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.İmzalanan sosial paketlərin ümumilikdə 4.2 milyon vətəndaşın əhatə edəcəyini deyən deputat söyləyib ki, son illər respublikamızda əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, imzalanan fərman və sərəncamlar insanların həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində mühüm rol oynayıb.M.Quliyev vurğulayıb ki, sosial qayğıya daha çox ehtiyacı olan aztəminatlı ailələrin, xüsusilə şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının, o cümlədən məcburi köçkünlərin qarşılaşdıqları əsas problemlərin həlli, onların həyat tərzinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan layihələr də xüsusi önəm kəsb edir: “Bütün bunlar barədə iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə daha ətraflı məlumat verildi. Dövlətimizin başçısı dedi ki, biz əlavə gəlirlərimizin, demək olar, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin firavanlığı və çiçəklənməsi, dünya siyasi arenasında nüfuzunun və mövqeyinin möhkəmləndirilməsi istiqamətində məntiqli daxili və xarici siyasəti verilən vədlərə sadiqliyin nümunəsidir”.

sia.az

Digər xəbərlər