Siyasət

  • 3 483

"Azərbaycan regionda öz liderlik mövqeyini daha da gücləndirir" ÖZƏL-MÜNASİBƏT

image

“Son 2 ildə bir çox iqtisadi, enerji və nəqliyyat layihələrinin reallaşdırılması ilk növbədə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ölkə başçısının sayəsində Azərbaycanın müxtəlif layihələrdə, istər Şərq-Qərb, istər Cənub-Şimal, istərsə də Cənub Qaz Dəhlizinin reallaşdırılmasında uğurlu siyasətini görmüş olduq”. Bunu SİA-ya Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.Politoloq vurğulayıb ki, bütün bu layihələrin reallaşdırılması o qədər də asan bir məsələ deyil: “Çünki məlumdur ki, Azərbaycana qarşı ikili standartlar nəinki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır, eyni zamanda rəsmi Bakı mühüm iqtisadi, mədəni, siyasi layihələrdə də müxtəlif ölkələrin qeyri-adekvat siyasəti ilə qarşılaşır. Cənub Qaz Dəhlizinin reallaşdırılması o deməkdir ki, Azərbaycanın əlavə gəliri artacaq. Bu, əhalinin sosial rifahının, iqtisadi potensialın yaxşılaşmasına gətirib çıxaracaq ən əsas amillərdəndir. Bu layihələr həmçinin çox böyük siyasi əhəmiyyətə malikdir. Azərbaycan məhz bunun hesabına regionda öz liderlik mövqeyini daha da gücləndirir. TANAP, Bakı-Tbilisi-Qars layihəsi artıq reallaşdırılıb və qarşıdakı il TAP layihəsinin də həyata keçirilməyini gözləyirik”.“Prezident İlham Əliyev öz çıxışında iqtisadi artımlar üçün yeni mənbələrin vacibliyinin bildirdi”, - deyən Z.Məmmədov əlavə edib ki, burada söhbət həm enerji, həm də qeyri-enerji sahəsindən gedir: “Azərbaycanın kənd təsərrüfatının müxtəlif sahələrində apardığı işlər göz önündədir. Son 2-3 il ərzində kənd təsərrüfatı, eyni zamanda qeyri-neft sektorundan əldə olunan gəlirlər artmaqdadır. Bunun da əsas səbəbi odur ki, Azərbaycan gələcəkdə təkcə enerji layihələrindən deyil, qeyri-enerji, turizm, elmi-tərəqqi sahələrindən də gəlir əldə etmək niyyətindədir”.

sia.az

Digər xəbərlər