Siyasət

  • 3 398

"Erməni hakimiyyəti iynə üstündə olan şara bənzəyir" ÖZƏL-MÜNASİBƏT

image

"Bu gün Paşinyan Xankəndinə gəlmişdir. Axşam mitinqdə nitq söyləyəcəyi və pan-erməni idman oyunlarının açılışına qatılacağı haqqında məlumat verilir. Düşünürəm ki, bu, uzun illər davam edən ümumi erməni oyunlarının davamıdır. Məhz ermənilər oyunları ilə bütün dünyanı aldadıb və Azərbaycan torpaqlarını uzun müddətdə işğal altında saxlamağa imkan vermişdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Millət vəkilinin sözlərinə görə, Paşinaynın Qarabağa səfərləri və sərsəm açıqlamalar verməsi Ermənistanın ATƏT-in Minsk Qrupunun fəaliyyətinə məhəl qoymadığını göstərir: "Paşinyanın açıqlamaları bir tərəfdən erməniləri sakitləşdirməyinə və hakimiyyətini əldə saxlamağına hesablanıb. O, çox hiyləgərdir və hər bir vəziyyətdən istifadə edərək yalan vədlər və açıqlamalarla öz mövqeyini möhkəmlətmək istəyir. Amma Paşinyanın bütün bu cəhdlərinə baxmayaraq Ermənistanda yeni müxalif qüvvələr birləşməkdədir və Paşinyanın sonunu yaxınlaşdırır.Düşünürəm ki, Paşinyanın taleyini Köçəryanın və Sərkisyanın taleyi gözləyir. Çünki, yalanın axırı olmur. Boş dövlət xəzinəsi üzərində verilən vədlər icra olunmayanda xalqın qəzəbinə gələr. Ümumiyyətlə erməni hakimiyyəti iynə üstündə olan şara bənzəyir. Yəni, hər an partlamaq ehtimalı günü-gündən böyüməkdədir. Ermənistan iqtisadiyyatını qurmaq üçün torpaqlarımızdan əl çəkməli və Azərbaycanla qonşuluq əlaqələri yaradaraq iqtisadi böhrandan çıxmağa çalışmalıdır. Əks halda hakimiyyətə kim gəlsə də və populist çıxışlar edərək xalqın könlünü almaq istəsə də onun hakimiyyətdə qalması heç vaxt uzun müddətli ola bilməz".

sia.az

Digər xəbərlər