Siyasət

  • 3 980

"Paşinyan sərsəm fikirlərlə özünə bəraət qazandırmağa çalışır" ÖZƏL-MÜNASİBƏT

image

"Ermənistanın baş naziri Nikol Paşinyan işğal olunmuş ərazilərimizə səfəri zamanı bir daha göstərdi ki, o olduqca qeyri-ciddi və parodoksal bir şəxsdir. Nəyə görə? Birincisi, onun səsləndirdiyi fikirlər ondan xəbər verir ki, Paşinyanın dünyagörüşü olduqca dardır. Beləki Paşinyan özü də bilmədən Ermənistanın işğalçı dövlət olduğunu bəyan etdi. Yəni, Azərbaycanın ərazisi olan Qarabağ, Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilər Ermənistanın ərazisi kimi təqdim olunur". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.Politoloqun sözlərinə görə, Paşinyan bununla göstərir ki, Ermənistan Qarabağı işğal edib və işğalçı ölkədir: "Halbuki son dövrlərə kimi Paşinyan qeyd edirdi ki, Ermənistan separatçı rejim adından çıxış edə bilməz. Amma faktiki olaraq o öz fikirlərinin əksinə gedərək bəyan edir ki, Qarabağ da Ermənistanındır. Bu məsələnin bir tərəfi. Digər tərəfdən isə Paşinyan bu fikirləri daxili auditoriyaya yönəlik səsləndirib. Yəni nə qədər məsuliyyətsiz fikirlər olduğunu özü də dərk etmədən daxili auditoriyaya yönəlik fikirlər səsləndirib. Paşinyan hakimiyyətə gələn zaman kütlə qarşısında verdiyi sözlərin heç birini yerinə yetirə bilməyib və özünə bəraət qazanmaq üçün müxtəlif yollar axtarır. Hesab edirəm ki, onun Xankəndində də səsləndirdiyi sərsəm fikirlər özünə müəyyən mənada bir bəraət qazandırmaqdır. Hətta o qeyd etdi ki, əlində 2014-cü ilə aid olan bir məxvi sənəd var. Amma Paşinyan sənədin mahiyyətini tam açmır. Sadəcə olaraq qeyd edir ki, bu sənəddə Ermənistanın institusional vəziyyətinin olduqca acınacaqlı durumu əksini tapıb. Bu vəziyyətin düzəldilməsi bir il müddətində mümkün olmayacaq. Bütün bunlar ondan xəbər verir ki, Paşinyan olduqca çıxılmaz bir vəziyyətdədir. Yeri gəlmişkən Paşinyan öz fikirlərini həm də təkzib etdi. O bildirdi ki, fikirləri təhrif olunub və o cür demək istəməyib. Bütün bunlar bir daha onu göstərir ki, Paşinyannın yanaşmaları, fikirləri məsuliyyətsiz fikirlərdir və o qeyri-ciddi bir siyasətçidir”.

sia.az

Digər xəbərlər