"Erməni əsgərin təslim olması düşmən hərb maşınıın süqutunun təsdiqidir" AÇIQLAMA - ÖZƏL

“Müharibə yalnız səngərlərdə getmir. Müharibə həm diplomatik, həm də informasiya müstəvisində gedir. Son günlər baş verən olaylar bir kəs daha təsdiq etdi ki, ölkəmiz həm diplomatik müstəvidə, həm də informasiya savaşında ermənilərdən bir addım öndədir. Ermənistanın bütün parametrlərdə Azərbaycana uduzması göz önündədir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.Azərbaycan bu mübarizədə ciddi nəticələr əldə etdiyini deyən siyasi şərhçi söyləyib ki, erməni əsgərinin ölkəmizə keçərək təslim olması erməni hərb maşınıın süquta uğradığını təsdiq edir.A.Nağıyev söyləyib ki, erməni əsgərinin ağ bayraq götürərək Azərbaycan tərəfinə keçməsi Ermənistanın baş naziri Nikol Paşinyan və bu ölkənin müdafiə naziri Tonoyanın hakimiyyəti zamanı baş verən ilk belə hal deyil: “Bu, bir daha göstərir ki, Ermənistan ordusu acınacaqlı durumdadır. Bununla yanaşı Ermənistan rəhbərliyi ordudakı bu ağır vəziyyəti gizlətmək üçün bu məlumatların mediada yayılmamasına çalışır. Məlumdur ki, Azərbaycan KİV-i vasitəsi ilə bu, bütün dünyaya yayıldı. Bir daha sübut olundu ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin öz vətəndaşlarına olan münasibəti nədən ibarətdir. Bu cür olaylar erməni ictimaiyyətində də ciddi narazılıqlar doğurur, İrəvanı çətin vəziyyətə salır”.

sia.az