"Ordusu Ermənistan dövləti üçün təhlükəyə çevrilir" Mübariz Əhmədoğlu

"Son dövrlərdə Ermənistanda bir neçə jurnalist xüsusi olaraq Azərbaycan ordusunu, onun rəhbərliyini hədəf götürüblər. İndi artıq Ermənistan ordusunda baş verənlərə baxdıqda onların məqsədi aydın olur". Bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.Politoloq Ermənistan ordusunun əsgərinin fərariliyinin səbəbindən danışıb: "Ermənistan vətəndaşı Araik Kazaryan Azərbaycanın işğal olunmuş Füzuli rayonu istiqamətində ağ bayraq qaldıraraq Azərbaycan tərəfə keçdi. Bəlli oldu ki, üzərində zorakılıq əlamətləri var. A. Kazaryan məzuniyyətdən qayıtdıqdan sonra qaçıb. Evdən nə nəyi isə vəd verib, gətirmədiyi üçün hərbi hissədə komandirlərinin gözünün qabağında hərbçi o vəziyyətə salınıb. Xüsusilə o məqam da nəzərə alınmalıdır ki, ailənin digər üzvü də Ermənistanda müqaviləli hərbçidir. Kazaryanın belə addım atması uzun müddətli təzyiqlərin nəticəsi ola bilərdi. Epizodik və yaxud təsadüfi atılmış addım deyil. Ermənistan ordusunda qüsur təkcə bu deyil".M.Əhmədoğlu erməni ordusunun getdikcə zəiflədiyinə eyham vuraraq qeyd edib ki, Rusiyada keçirilən yarışlarda da Ermənistan ordusu əvvəlki illərlə müqayisədə xeyli aşağı nəticələr əldə etdi: "Ermənistan tankçıları biabırçı vəziyyətdə uduzdular. Ermənistan ordusu və Ermənistan rəhbərliyinin orduya münasibəti artıq cəmiyyətin hərbçilərə münasibətini dəyişib. 2016-cı il aprel döyüşlərində ölmüş ermənilərin məzarları Yerevanın mərkəzində təhqir olunub. Bu halın bir dəfə deyil, bir neçə dəfə olması cəmiyyətin Qarabağ məsələsindən bezdiyinin göstəricisidir.N.Paşinyanın orduda kosmetik yeniliklər - taxta oturacaqları stulla əvəzləmələri vəziyyəti ciddi surətdə dəyişməyəcəkdir. Ordu Ermənistan dövlətçiliyi üçün idarə olunmaz xaotik qüvvəyə çevrilir. Bu Ermənistan dövləti üçün böyük təhlükədir. Bunun da bünövrəsi “məxməri inqilab” dövründə qoyuldu. Çünki hərbi hissələrdən bir sıra əsgər və zabitlər qaçaraq mitinqçilərə qoşulmuşdu".

sia.az