Eldəniz Səlimov: Minimum əməkhaqqının artması əhalinin sosial müdafiəsini daha da gücləndirəcək

“Minimum əmək haqqının 180 manatdan 250 manata çatdırılması əhalinin sosial müdafiəsini daha da gücləndirəcək”. Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, dövlət qulluqçularının aylıq vəzifə maaşları 50%, hüquq mühafizə orqanlarında çalışanların əmək haqqları 40%, ümum təhsil və peşə təhsilli işçilərinin əmək haqları 20%, ümumiyətlə büdcədən maliyyələşən təşkilatların əmək haqlarıda orta hesabla 40%-ə qədər artıb. Ümumilikdə, 1,350 milyon insanın əmək haqları və gəlirləri əhəmiyyətli şəkildə artır. Bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin nəticəsində baş verir.
“Ölkədə aparılan islahatlar nəticəsində iqtisadiyyat inkişaf edir, əldə olunan gəlirin mühüm bir hissəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir. Vətəndaş amili hər şeydən üstün tutulur. Sosial paket reallaşdıqca insanların rifahı yaxşılaşır. Bunlarla bərabər 1 oktyabrdan minimum pensiya artırılması nəzərdə tutulur ki, bu da çox əhəmiyyətli addımdır”-deyə, deputat qeyd edib.

yap.org.az