"Paşinyanla müzakirələr aparmaq əbəs yerədir" ÖZƏL-MÜNASİBƏT

"Ermənistanın baş naziri Nikol Paşinyan “Dağlıq Qarabağ Ermənistandır və vəssalam” açıqlaması və digər ziddiyyətli bəyanatları ən azından Azərbaycan cəmiyyətini qıcıqlandırır. Aydın məsələdir ki, Paşinyan populist və öz millətinin hissiyatları ilə oynayan bir insandır"."Çox təəssüflər olsun ki, o Azərbaycan millətinin hissiyatlarına da toxunur. Təbii ki, bu da cəmiyyət tərəfindən müharibə sifarişini artırır. Bunu digər ölkələr, eləcədə də ATƏT-in Minsk Qrupunun həmsədrləri görməyə bilməzlər. Əlbəttə ki, Azərbaycan bundan istifadə edərək onların qarşısında müəyyən tələblər qoya bilər. Paşinyanla müzakirələr aparmaq əbəs yerədir. Çünki o qeyri-adekvat addımlar atır. Amma ATƏT-in Minsk Qrupunun həmsədrlərinin düşüncə tərzi, hadisələrə baxışları fərqlənir. Onlar ən azından səlahiyyətləri çərçivəsində müəyyən addımlar ata bilərlər. Bu addımlar nədən ibarətdir? Ən azından həmsədrlər və həmsədr ölkələrin XİN rəhbərləri səviyyəsində Ermənistana müəyyən mesajlar olmalıdır ki, bu ritorika qurtarsın. Bu ritorika açıq şəkildə ondan xəbər verir ki, Ermənistan işğalçı dövlətdir və işğalçı siyasətini davam etdirmək niyyətindədir. Son illər ərzində dünya praktikasında bu cür insanlara, dövlətlərə qarşı müəyyən sanksiyalar tətbiq olunub. İstərdik ki, Ermənistana da qarşı bu sanksiyaların tələbi ilə çıxış edə bilək"-deyə, İ.Vəlizadə fikrini tamamlayıb.

sia.az