Siyasət

  • 3 822

"Əli Kərimli özündən başqa heç kimin fikri ilə hesablaşmır" ÖZƏL-MÜNASİBƏT

image

“AXCP sədri Əli Kərimlinin bütün fəaliyyəti onu göstərir ki, bu adam sadəcə özünə bir iş tapa bilmir, cəmiyyətə, ailəsinə, ətrafına fayda gətirə biləcək bir işin ucundan yapışmaq bacarığı yoxdur onda. Əli Kərimli hər statusunda iddia edir ki, hakimiyət narahatdır, cəmiyyət barıt çəlləyini xatırladır və bu gün sabah inqilab olacaq. Sonuncu statusunda da eyni fikirlıri ifadə edib”. Bunu SİA-ya internet-media ekspert Səbuhi Abbasov deyib.Ekspert Azərbaycanda müxalifətin biabırçı vəziyyətdə olmasında Əli Kərimlini günahlandırıb: “Azərbaycanda kifayət qədər savadlı, intellektual, dünya siyasətini bilən insanlar, gənclər var. Onu da bilirik ki, hər bir iqtidar üçün sağlam müxalifət mühüm əhəmiyyət kəsb edir. Ancaq Əli Kərimli son 10 ildə yetişməkdə olan bütün sağlam müxalif düşüncəli insanları məhv etdi, azdırdı. Bəzilərini həbsə saldırdı, bəzilərini kobud desək öz maraqlarına xərclədi. Əli Kərimlinin yanından ayrılan insanları danışdırsanız bütün mənzərəni görmüş və duymuş olacaqsınız. Bu adam özündən başqa heç kimin fikri ilə hesablaşmır, əldə olunan gəlirin 100 faiz mənimsənilməsi üçün bütün variantlara əl atır. Bu mənada hesab edirəm ki, vaxtı keşmiş bu “siyasətiçi”nin yerini elə müxalifətdə olan ciddi insanlar göstərməlidirlər”.

sia.az

Digər xəbərlər