Siyasət

  • 3 151

"Paşinyan bir dəfə də olsun bu məsələnin üstünə gəlməyib" ÖZƏL - ŞƏRH

image

"Nikol Paşinyan Ermənistanın diplomatik korpusunun nümayəndələri ilə görüşdə Dağlıq Qarabağ məsələsi ilə bağlı daha yeni nüans ortalığa qoydu; Dağlıq Qarabağ münaqişəsi digər münaqişələrdən fərqlidir və fərqililiyin əlamətləri sırasında MDB məkanındakı digər münaqişələrdə münaqişə təmsilçilərinin bir-biri ilə dialoqda olduğunu, bir-birinin ərazisinə gedib, gəldiyini bildirdi: Abxaziya və Cənubi Osetiya əhalisi Tbilisiyə sərbəst gedib gəlir, meyvələrini satıb sakitcə evlərinə dönür. Azərbaycanlılar isə hətta Bakı aeroportunda Rusiyadan gələn ermənini geri qaytarır". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, dədə-baba yurdlarına baş çəkməyə gedən Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov həqiqətən Kəlbəcərdən geri qayıtmadılar: "Son aqibətləri Paşinyana yaxşı məlumdur. N.Paşinyanın həqiqəti əymək qabiliyyəti çox güclü olduğunu heç kəs inkar edə bilməz. Ermənilərlə azərbaycanlıların arasında münasibət dedikdə görünür, uşaqlığını yada salır. Çünki onun uşaqlığı Azərbaycanın Tovuz rayonunda xırda-para şey satmaqla keçib. Ermənilər tut araqlarını aparıb Azərbaycanla həmsərhəd kəndlərdə satardılar və yaxud hədiyyə edərdilər.Amma Paşinyan həqiqətən savadsızdır və onun dediyi bu fikir məhz savadsızlığının göstəricilərindən biridir. Gürcü və abxaz, gürcü və osetin Gürcüstan ərazisindəki münaqişələrdə zərər çəkən tərəflərdir. Dağlıq Qarabağ münaqişəsində də zərər çəkən tərəf Dağlıq Qarabağın azərbaycanlıları və Dağlıq Qarabağın erməniləridir və onların “paytaxtı” Xankəndi/Stepanakertdir. Bu rəsmən belə qəbul olunub. Reallıqda zərər çəkən Dağlıq Qarabağ azərbaycanlılarıdır, çünki heç nədən öz torpaqlarından deportasiya olunublar və ermənilər də indi aləmə qışqırırlar ki, deportasiya olunan azərbaycanlılar deportasiya edən Dağlıq Qarabağ ermənilərinin guya hüquqlarını pozurmuş. Qarabağ münaqişəsi kontekstindən əhali qrupları arasında əgər dialoqdan danışılırsa bu Dağlıq Qarabağ azərbaycanlıları ilə Dağlıq Qarabağ ermənilərinin dialoqundan, əlaqələrindən, hüquqdan, humanitar və digər təmaslardan danışılmalıdır. N.Paşinyan bir dəfə də olsun bu məsələnin üstünə gəlməyib.N.Paşinyanın demokratiyası da belədir. Sərbəst yerdəyişmə azadlığı demokratiyanın ən əsas prinsiplərindən biridir. Paşinyanın düşüncəsində demokratiya yoxdur, ola da bilməz. Paşinyan icazə vermir ki, Dağlıq Qarabağ azərbaycanlıları Xankəndi/Stepanakertə getsinlər, otursunlar və bir-birlərinin problemlərini müzakirə etsinlər və tarixi danışsınlar. O tarix ki, şəxsən N.Paşinyan bilir ki, orda müsbət məqamlar daha çoxdur. Belə müsbət məqamların üstünlük təşkil etməsi Dağlıq Qarabağ münaqişəsinin dərhal həllinə gətirib çıxaracaqdır. Deməli, N.Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir. Həm də demokrat deyil.Paşinyanın saxtakarlığı ilk növbədə onun özünü dünya miqyasında rüsvay edir və bu təkcə Dağlıq Qarabağ məsələsində deyil, digər məsələlərdə də özünü göstərib".

sia.az

Digər xəbərlər