Siyasət

  • 3 249

Amulsar məsələsi Ermənistanı hələ də narahat edir

image

Ermənistan hökumətində Amulsar proqramı ilə əlaqədar mütəmadi müzakirələr aparılır. SİA Ermənistana məxsus aysor.am saytında Ermənistan hökumətinin mətbuat xidmətindən verilən məlumata əsasən yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın başçılığı ilə hökumətdə Amulsar proqramı ətrafında vəziyyətlə bağlı iclas keçirilib.Məlumata əsasən, ətraf mühit naziri Erik Qriqoryan ümumi vəziyyəti qısa bir şəkildə təqdim edib və bir sıra sahələrdə təqdim olunan ilkin məlumatların səhv olduğunu qeyd edib.Bu məsələ ilə bağlı fikir mübadiləsi aparılıb, ətraf mühitə yeni təsir qiymətləndirməsinin aparılması prosedurlarına dair məsələlərə toxunulub, toplantı iştirakçıları problemin hüquqi tərəfləri, yeni ekoloji amillərin yaranması və s. məsələləri müzakirə ediblər.Müzakirəyə yekun vuran Baş nazir, bütün maraqlı şöbələrə və qurumlara hərtərəfli təhlilin aparılması və araşdırma üçün tam məlumatların olması üçün əlaqələndirilmiş şəkildə işləməyi tapşırıb.

sia.az

Digər xəbərlər