Siyasət

  • 5 086

"Paşinyan Ermənistan tarixinin ən qısamüddətli lideri olacaq" ÖZƏL-MÜNASİBƏT

image

"Paşinyan heç özü də anlamır ki, onun bəyanatları Azərbaycan üçün bir çox fürsətlər verir. Qoyun danışsın". Bunu SİA-ya açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib."O, hər çıxışı zamanı özünü daha da çox siyasi bataqlığa salır. Buyursunlar. Meydan onlarındır. Əgər Paşinyan dediyi sözlərinin arxasında dura biləcəksə, Qarabağı Ermənistana birləşdirsin. Nikol özü də bilir ki, bu mümkün deyil. Demoqoqiya ilə məşğuldur. Ermənistan daxilində kreslo davası gedir. Çox güman ki, Paşinyan Ermənistan tarixinin ən qısamüddətli lideri olacaq. Əslində bizim üçün erməni ermənidir. Hər bir erməninin hansı milli ideyalarla və ambisiyalarla yaşadığı hər kəsə məlumdur. Gələcək bir il ərzindəki prosesləri yaxından izləmək lazımdır"-deyə, politoloq fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər