Siyasət

  • 2 780

Azərbaycan AŞPA-nın komitə iclaslarında təmsil olunacaq

image

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Məcburi köçkünlər və Miqrasiya komitələrinin iclaslarında iştirak etmək üçün sentyabrın 5-dən 7-dək Fransada səfərdə olacaq. SİA-nın məlumatına görə, Paris şəhərində keçiriləcək toplantıda miqrant və deportasiya zamanı itkin düşmüş uşaqların sığınacaq problemləri, miqrantlar üçün Breksitin nəticələri, qaçqın və miqrant hüquqları ilə məşğul olan qeyri-dövlət təşkilatlarının vəzifələri, məcburi köçkünlərin beynəlxalq müdafiəsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Deputatımız iclasda müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək.İclas çərçivəsində Sahibə Qafarovanın “Miqrant və kimsəsiz uşaqların qəyyumluğunun zəruriliyi” mövzusunda hazırladığı məruzə ətrafında dinləmələr keçiriləcək və cari məsələlərə baxılacaq.

sia.az

Digər xəbərlər