Siyasət

  • 4 193

""Uşaq pulu"nun ünvanlı şəkildə verilməsinin tərəfdarıyam” ÖZƏL-ŞƏRH

image

"Düşünürəm ki, uşaqlar üçün verilən müavinətin bərpası məsələsinə bir qədər ehtiyatlı və peşəkar yanaşmaq lazımdır. Bu mənim mövqeyimdir. Dövlətimizin sosial dövlət olması və Prezidentin hümanist siyasəti hər kəsə bəllidir. Bu siyasət nəticəsində təkcə bu il cənab Prezidentin iki sosial islahat paketi qəbul olunub". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.Deputatın sözlərinə görə, həmin paketdə 30-dan çox fərman və sərəncam öz əksini tapıb: "Bu paket vasitəsilə 4 milyondan çox vətəndaşımızın sosial rifah halı yaxşılaşıb. Pensiyalar, sosial müavinətlər, təqaüdlər, əməkhaqqı artıb. Bildiyiniz kimi ölkədə minimum əməkhaqqı iki dəfəyə yaxın yüksəlib. Təxminən büdəcədən 5 milyard 200 milyon əlavə vəsait sərf olunub. Bizim dövlət sosial müdafiənin ünvanlıq sisteminə üstünlük verilir. Yəni, kimin ehtiyacı varsa ona verilsin, kimin ehtiyacı yoxdursa ona verilməsin. “Uşaq pulu” müavinəti isə 2016-cı ildə bizdə verilirdi. Həmin müavinət ehtiyacı olan və olmayan hər bir kəsə verilib. İndi isə Azərbaycanda bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq əhalinin gəlirlərində də təbəqələşmə var. Elə insanlar var ki, böyük bizneslə məşğul olur. Məsələn, onların evinə ayda 10 min manat və yaxud daha çox vəsait daxil olur. Burada yüksək maaş alan məmurlar, millət vəkilləri, neft şirkətində, bank sektorunda çalışan işçilər var ki, dövlətin onların uşağına verdiyi hər hansı bir müavinətə bəlkə də heç ehtiyacları yoxdur. Amma elə ailələr vardır ki, onların ehtiyacları var.Əgər “Uşaq pulu” müavinəti hər hansı şəkildə bərpa olunarsa, ünvanlı şəkildə ehtiyacı olanlara verilməsi məqsədəuyğundur. Eyni zamanda biz onsuz da ünvanlı sosial yardımı kasıblara veririk. Bunu daha da inkişaf edirərək hesab edirəm ki, bu vəsaitlə özünəməşğulluq proqramlarını genişləndirmək və kasıb ailələrə yoxsulluqdan çıxmağa kömək etmək lazımdır. “Uşaq pulu” müavinəti bəzi ölkələrdə verilir və bəzilərində verilmir. Amma bunlar hamısı ölçülüb-biçilməlidir. Nə qədər müddətə, neçə yaşına, hansı məbləğdə, hamıya və yaxud ehtiyacı olana verilib-verilməməsi məsələsi ölçülüb-biçilməlidir. Ümumiyyətlə büdcə dolu kisə deyil ki, əlimizi atıb oradan istədiyimiz vəsaiti götürək. İndi bizə investisiya xərcləri də, təhsilə, səhiyyəyə, pensiyaçıya, orduya və s. də xərc lazımdır. Bu il hələ sosial xərclərə 5 milyarddan çox vəsait artırılıb. Təbii ki, gələn il bu vəsait yenə də artacaq. Yəni, bu birdəfəlik verilən məbləğ deyil. “Uşaq pulu” müavinətinin bərpasındansa düşünürəm ki, uşaq doğularkən verilən birdəfəlik müavinəti 1000 manat və daha yüksək etmək olar. Uşağını döşlə əmizdirən analara iki il müddətinə əlavə müavinətlər vermək olar. Mən prinsipcə “Uşaq pulu” müavinətinin də əleyhinə deyiləm. Amma ünvanlı şəkildə verilməsinin tərəfdarıyam”.

sia.az

Digər xəbərlər