"YAP İCAPP yaranandan onun üzvüdür" ÖZƏL-ŞƏRH

"Ümumiyyətlə dünyada bir çox təşkilatların dövlətlərarası münasibətləri tənzimləməsi və əməkdaşlığın inkişafı məqsədilə çoxlu təşkilatlar var. Bir sözlə, parlament, nazirlər, dövlət başçıları, idmançılar və s. səviyyəsində təşkilatlar var. Bu da siyasi, iqtisadi, sosial, hümanitar sahələri əhatə edir. Bunlardan biri də siyasi partiyaların yaratdıqları təşkilatlardır. Bu təşkilatlardan biri də Asiya Siyasi Partiyaları (İCAPP –Asian Political Parties) adlı təşkilatdır". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı deyib.Deputatın sözlərinə görə, artıq bu təşkilatın gələn il 20 illiyi qeyd olunacaq: "19 ildən çoxdur ki, belə bir təşkilat yaranıb. Asiyanın 70-dən çox ölkəsini əhatə edən və 300-dən çox partiyanın qucaqladığı bir təşkilatdır. Asiya və Sakit Okean hövzəsi dünyanın ən çox əhalisin yaşadığı bir bölgədir. Burada Çin, Hindistan və s. digər ölkələr var. Bu təşkilatın digər təşkilatlardan fərqi odur ki, burada kiminsə kiməsə diqtəsi etməsi məsələsi yoxdur. Bu həm çoxtərəfli əməkdaşlıqdır, həm də ikitərəfli əməkdaşlıq üçün çox gözəl bir platformadır. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət Ümummilli Lider Heydər Əliyevin zamanından belə balanslı, çoxtərəfli, bərabərhüquqlu və hər iki tərəfin marağını əhatə edən əməkdaşlıq siyasətinə hesablanıb. Azərbaycan bir çox beynəlxalq təşkilatlarda çox fəal üzvdür. Bildiyiniz kimi bu il Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik edirdi. Bu mənada Azərbaycan İCAPP-də də çox aktivdir. Yeni Azərbayan Partiyası 1993-cü ildən iqtidar partiyasıdır və regionun ən böyük, güclü partiyasıdır. Partiyamız da bu təşkilat yaranandan onun üzvüdür.YAP İCAPP-in üzvülüyə qəbul olunduğu günündən bu günə kimi bu təşkilatın qərar qəbuletmə səviyyəsində İdarə Heyətinin üzvüdür. Azərbaycanda dəfələrlə İCAPP-in müxtəlif səviyyədə tədbirləri keçirilib. Ümumiyyətlə İCAPP-in Qadınlar Qolu bizim təşəbbüsümüzlə Azərbaycanda yaranıb. Bu mənada dəfələrlə Azərbaycanda İCAPP-in Baş Məclisinin, Gənclər Qolunun və Qadınlar Qolunun iclasları keçirilib. Burada ikitərəfli görüşlərin və əlaqələrin inkişafı üçün də şəraitlər yaradılıb. İCAPP-də YAP-ın bu fəaliyyətinin aktivliyinin Asiya ailəsi üçün verdiyi töhfələrin nəticəsidir ki, İCAPP-in Baş Məclisinin qəbul etdiyi qərarlarda hər zaman Azərbaycanın işğal altında olan torpaqları yəni, Ermənistanın təcavüzkarlıq siyasəti tanınır və qınanır. Onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar və bunu bütün sənədlərdə qeyd edirlər".

sia.az