Siyasət

  • 3 424

"ABŞ-la Özbəkistan arasındakı gündəlik Əfqanıstan tənzimlənməsini də əhatə edir" ÖZƏL-ŞƏRH

image

"Özbəkistan prezidenti Ş.Mirziyayevin Belarusa səfəri zamanı 11 müqavilə imzalandı. Belarus prezidenti A.Lukaşenko onu yüksək ehtiramla qəbul etdi və danışıqların nəticəsi kimi bəyannamə imzalandı. Ş.Mirziyayev Daşkəndə qayıtdıqdan sonra telefonla yüksək səviyyəli qəbula görə A.Lukaşenkoya minnətdarlığını bildirdi. Hər iki prezident əməkdaşlığı inkişaf etdirməkdən ötrü qarşılıqlı arzuya malik olduqlarını bildirdilər". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Politoloqun sözlərinə görə, Türkiyə prezidenti R.T.Ərdoğan Özbəkistanın Xarici İşlər naziri Əbdüləziz Kamilovu qəbul etdi: "Ə.Kamilovun Türkiyədə olmasının səbəbi Yüksək Planlaşdırma Qrupunun iclasında iştirak idi. O, həm də Türkiyə səfirlərinin XI konfransında da iştirak etdi. Türkiyə və Özbəkistan ekstradisiya haqqında müqavilə imzaladılar. Türkiyə Özbəkistana 24 zirehli maşın verdi.Dindarların tələbi ilə Türkiyənin məşhur “Qara sevda” serialı dayandırıldı. Ola bilər məhz bu da rəsmiləri dindarlara qarşı təzyiqi artırmağa vadar etdi. Saqqallılara qarşı reyd keçirildi və onları polis idarəsinə gətirərək saqqalları qırxıldı.ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Devid Heyl Daşkənddə səfərdə oldu, onu prezident Ş.Mirziyayev qəbul etdi. ABŞ rəsmisi isti qəbula görə minnətdarlığını bildirdi və prezident D.Tramp və M.Pompeonun adından salam çatdırdı. ABŞ-la Özbəkistan arasında formalaşmış ənənəvi gündəlik müzakirə olundu, Əfqanıstan tənzimlənməsi və regional proseslər xüsusi müzakirə olunan mövzular içərisində idi. ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavinini Daşkənddə Xİ naziri Ə.Kamilov da qəbul etdi. Özbəkistanın Xİ nazirinin birinci müavini İlhom Nemətov ABŞ Dövlət Departamentinin Avropa, Avrasiya və Mərkəzi Asiya regionu ölkələrinə yardım üzrə kordinatoru Ceyms Kulikovski ilə görüşdü. Görüşdə Özbəkistandan ABŞ-a səfər edən nümayəndə heyətinin yaratdığı yüksək dinamika müzakirə olunmaqla yanaşı, konkret layihələr, Aral ekoloji fəlakətin qarşısının alınması xüsusi müzakirə olundu.Molla Bəradər Axundun başçılıq etdiyi taliban nümayəndə heyəti Daşkənddə oldu, onları Xarici İşlər Nazirliyinin nümayəndələri qəbul etdi. Bu ilin martında Bəradər Qətərdə Özbəkistanın Xİ naziri Ə.Kamilovla görüşmüşdü. Taliblər Əfqanıstan hökumətini qeyri-legitim hesab edirlər, danışıqlardan imtina edirlər. Buna baxmayaraq müəyyən görüşlər də keçirilir.Çin “Özbək Aviaxəttləri Şirkəti”nə yeni təyyarələrin alınması üçün 309 milyon dollar vəsait ayırmağı qərarlaşdırdı. RF prezidenti V.Putin prezident Ş.Mirziyayevi Özbəkistanın müstəqillik günü münasibətilə təbrik etdi. Prezident Ş.Mirziyayev özbək məmurlarının səviyyəsizliyini ölkə üçün əsas təhlükə adlandırdı.Prezident 65 məhkumu əfv etdi. Dolların qiyməti psixoloji 9 min som həddini aşdı. Özbəkistan Mərkəzi Bankı dolların məzənnəsini “üzən” elan etdi. Mərkəzi Bankın fikrincə, dolların bahalaşmasının, somun belə ucuzlaşmasının səbəbi daxili və xarici təzyiqlərdir".

sia.az

Digər xəbərlər