Siyasət

  • 3 154

Naxçıvanda əsgərlərin tarixi yerlərə və muzeylərə gəzintisi təşkil olunub

image

Ötən həftə ərzində döyüş və ictimai-siyasi hazırlıqda yüksək nəticələr qazanmış əsgərlərin tarixi yerlərə və muzeylərə gəzintisi təşkil olunub. Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, nümunəvi xidmətlərinə görə fərqlənən əsgərlər Heydər Əliyev və Dövlət Bayrağı Muzeylərinə baş çəkiblər. Tarixi eksponatlarla yaxından tanış olan əsgərlərimiz Ulu Öndərimizə, bayrağımıza, dövlətimizə, dövlətçiliyimizə olan sonsuz sevgilərini ifadə ediblər.

sia.az

Digər xəbərlər