Siyasət

  • 3 034

Beynəlxalq təşkilatlar ikiüzlü mövqe sərgiləyir ÖZƏL-MÜNASİBƏT

image

Beynəlxalq təşkilatların 30 ilə yaxındır ki, ikiüzlü mövqeyi məlumdur. Bunu SİA-ya açıqlamasında NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib.“Bütün beynəlxalq hüquq, dünyada mövcud olan ən ali beynəlxalq təşkilatlar Azərbaycanın ərazisinə təcavüz olduğunu tanıyır. Bu bütün sənədlərdə də qəbul olunur və Azərbaycanın torpaqlarının 20 faizinin işğal olunması da bütün beynəlxalq sənədlərdə öz əksini tapır. Azərbaycanın bir milyondan artıq məcburi köçkünün olmasını da bütün beynəlxalq təşkilatlar, NATO, İslam Konfransı, Qoşulmama Hərəkatı, BMT olmaqla hamısı qəbul edir. Amma dünyada ermənipərəst qüvvələr o qədər güclüdür ki, onların təsirindən Azərbaycanda beynəlxalq hüququn predmeti həyata keçirilə bilmir.Amma, Azərbaycan da ildən-ilə güclənir və Azərbaycan Ermənistandan dəfələrlə çox güclü dövlətdir. Ordumuza çəkilən xərclər Ermənistanın bütövlükdə büdcəsindən də nə qədər çoxdur. Azərbaycan xalqı da, dövlətimiz də, Ali Baş Komandan da buna, bu işğala göz yuma bilməz. Aprel döyüşləri və zəfərlərimizlə biz dünya ictimaiyyətinə də, mənfur və işğalçı qonşumuza da göstərdik ki, biz sülh yolu ilə, danışıqlar yolu ilə bu məsələnin həllini istəsək də, səbr, dözüm sonsuza qədər olmayacaq. Bir gün Azərbaycan xalqı, Azərbaycan əsgəri Ali Baş Komandanın əmri ilə öz torpaqlarını işğaldan azad edəcəkdir”, deyə Məlahət İbrahimqızı bildirib.

sia.az

Digər xəbərlər