Siyasət

  • 4 306

"Biz öz torpaqlarımıza mütləq qayıdacayıq" ÖZƏL-MÜNASİBƏT

image

“İşğal altındakı Azərbaycan torpaqlarında keçirilən hər hansı bir seçki, o cümlədən sentyabrın 8-də keçirilmiş bələdiyyə seçkisinin heç bir hüquqi əsası yoxdur”. Bunu SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov deyib.Deputatın sözlərinə görə, bütün dünya ictimaiyyəti Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır: “Bu mənada hesab edirəm ki, onların keçirdikləri “seçkilər” şoudan başqa bir şey deyil. Eləcə də Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı son bəyanatı da dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Ümumilikdə Azərbaycanın informasiya müharibəsindəki üstünlükləri, ölkəmizin dünya miqyasında tuduğu mövqe və cənab Prezidentin apardığı uğurlu siyasət nəticəsində bu qəbul olunmur. Yəni qəbul olunmamış bir “seçkini”nin keçirilməsi təbii ki, ermənilərin növbəti bir tamaşasıdır. Biz Azərbaycanın əzəli və əbədi torpaqlarından imtina etməmişik. Əgər lazım gələrsə, torpaqlarımızı Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin əmri ilə çox qısa müddətdə geri qaytara bilərik. Biz öz torpaqlarımıza mütləq qayıdacayıq. Bu mənada hesab edirəm ki, orada keçirilən “bələdiyyə seçkisi” qeyri-qanuni bir prosedurdur. Əlbəttə ki, bu bizi hiddətləndirir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi də bəyanat verib".

sia.az

Digər xəbərlər