Siyasət

  • 3 327

"Bilmirəm Hayrapetyan “çox şey” deyəndə nə nəzərdə tutur" ÖZƏL-MÜNASİBƏT

image

"Azərbaycandakı əksər siyasi partiyaların lider və funksionerlərinin bir araya gəlməsi, Dağlıq Qarabağ problemi başda olmaqla milli məsələlərin həllinə yanaşmada vahid mövqe ortaya qoymaları bizim xaricdəki “dostlarımız”ın da diqqətindən qaçmayıb". Bunu SİA-ya millət vəkili Sahib Aliyev deyib."Məsələn, Ermənistan Parlamentinin Tatevik Hayrapetyan deyilən bir üzvü həmən tədbirdən şəkil yayaraq bunun “Azərbaycanda daxili məsələlər haqda çox şey” dediyini vurğulayıb. Bilmirəm Hayrapetyan “çox şey” deyəndə nə nəzərdə tutur. Amma onun ölkəsindəki ilə Azərbaycandakı reallıq arasındakı fərq ortadadır. Ermənistanda baş nazir Paşinyan “Sasna tserer” terror qrupunun rəhbərliyindəkilərlə bağlı qapılar arxasında görüşür, o görüşün nə məqsədə xidmət etdiyi, orada nədən danışıldığı gizli saxlanılır. Azərbaycanda isə YAP başda olmaqla əksər partiyalar bir araya gələrək açıq dialoq aparırlar. Və bununla da Prezidentin köməkçisi Əli Həsənovla Baş nazirin müavini Əli Əhmədovun bir neçə gün öncə dövlətin, dövlət başçısının yeritdiyi siyasətlə bağlı verdikləri açıqlamaların doğruluğu, elə həm də aktuallığı bir daha öz təsdiqini tapmış olur".

sia.az

Digər xəbərlər