Siyasət

  • 3 168

"Onlar xarici dairələrin əlində alətə çevrilmiş ünsürlərdir" ÖZƏL-MÜNASİBƏT

image

"İqtidar və müxalifət partiyalarının ümummilli məsələlərdə iki kateqoriyaya bölünməsi qəbuledilməzdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsiov deyib.Deputatın sözlərinə görə, dövlətçiliyimizə, müstəqilliyə, ərazi bütövlüyümüzə qarşı təhdidlər varsa və bu təhdidlər kəskinləşibsə heç şübhəsiz ki, iqtidar və müxalifət bir yumruq kimi birləşməli, dövlətçiliyin müdafiəsinə qalxmalıdır: "Azərbaycana qarşısı xarici təhlükələrin olduğunu cənab Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb. Azərbaycanın xarici təhdidlərə qarşı müqaviməti böyükdür. Bizdə səfərbər olunmuş cəmiyyət var, vətəndaş həmrəyliyi var. Bu söylədiklərimin olmadığı ölkələrdə nələrin baş verdiyi hər kəsin gözü qarşısındadır. Xüsusilə də hazırda dünyamızda çox qorxulu tendensiyalar baş alıb getməkdədir. Region dövlətlərinə yeni-yeni təsirlər, qanlı münaqişələr yaradılmaqdadır. Köhnə münaqişələr qızışdırılmaqdadır. Bu gün ABŞ-la Rusiyanın, İranla ABŞ-ın münasibətləri çox mürəkkəb ssenari üzrə inkişaf etməkdədir. Yəni bizim şimal və qonşumuzda hansı proseslərin getdiyi göz qarşısındadır. Eyni zamanda, bütün reallıqlar fonunda Azərbaycanda sabitlik var, təhlükəsizlik mühiti formalaşıb, inkişaf gedir. Buna görə də dünyadakı ksenofob, islamafob qüvvələr, xüsusilə də erməni lobbisi ciddi cəhdlə çalışırlar ki, Azərbaycanı da o qaynar hadisələrin tüğyan etdiyi ölkələrə bənzətsinlər. Həmin qüvvələr çalışırdı ki, Azərbaycanı Livana çevirsinlər.Bu gün isə həmin qüvvələr çalışır ki, Azərbaycanı Suriyaya, Bakını Dəməşqə çevirsinlər. Bunları biz bilirik. Azərbaycanda konstitusion rejimi devirmək, vətəndaş qarşıdurması yaratmaq, ölkəni vətəndaş müharibəsinə sürükləmək, Azərbaycan dövlətçiliyini məhv etmək kimi hədəflər seçənlər var. Onların sırasında xaricdə məskunlaşmış sapı özümüzdən olan ”baltalar" da var. Onlara siyasi müxalifət demək olmaz. Onlara siyasi mühacir də demək düzgün olmaz. O insanlar dövlətimizə xəyanət yolunu seçmiş insanlardır. Onlar xarici dairələrin əlində alətə çevrilmiş ünsürlərdir".

sia.az

Digər xəbərlər