Siyasət

  • 3 283

"Ordumuzun peşəkarlığı son təlimlərdə özünü bir daha göstərdi" ÖZƏL-MÜNASİBƏT

image

"Bu gün Azərbaycan ordusu regionun ən güclü ordularından biridir”. Bunu SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.Azərbaycanın müxtəlif sahələrdə sürətlə inkişaf etdiyini deyən hərbi ekspert hazırda güclü, peşəkar hazırlıqlı orduya malik olduğumuzu bildirib. O xatırladıb ki, Silahlı Qüvvələrimiz qarşısında duran bir nömrəli tapşırıq torpaqlarımızın düşmən tapdağından azad edilməsidır: "Ordumuz düşmənə layiqli cavab verməyə tam hazırdır. Ermənistanın təkcə hərbi hazırlıq, maddi-texniki baza baxımından deyil, eyni zamanda daxili problemlər sarıdan acınacaqlı vəziyyətdədir. Azərbaycan ordusunun peşəkarlığı son təlimlərdə özünü bir daha göstərdi. Aprel döyüşləri isə Azərbaycan ordusunun Ermənistan ordusundan müqayisəyəgəlməz dərəcədə üstünlüyə malik olduğunu ortaya qoydu. Bütün parametrlərə – silah-sursat, hərbi texnika, hərbçilərin peşəkarlığı, mənəvi-psixoloji hazırlığı, insan resurslarına görə Azərbaycan Ermənistandan üstündür. Ən əsası da odur ki, düşməndən fərqli olaraq Azərbaycan əsgəri nəyin uğrunda mübarizə apardığını bilir. Biz dünyanın ən nüfuzlu silah istehsalçısı olan ölkələrindən müasir silah-sursat, hərbi texnikalar alırıq. Bunun nəticəsidir ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin arsenalında ən yeni silah-sursat və hərbi texnikalar var. Eyni zamanda, müasir hava hücumundan müdafiə, radar və rabitə sistemlərimiz mövcuddur. Malik olduğumuz silah-sursat bütün qoşun növlərimizi təmin etmək imkanındadır.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından sonra bu sahədə işlər daha sistemli aparılmağa başlanılıb. Gənclərin hərbi xidmətə hazırlıq işi yüksək səviyyədə aparılır. Bu məqsədlə snayper, desant, atıcı, sürücü, rabitəçi kursları təşkil olunaraq gənclərin hərbi xidmətə hazırlığı təşkil olunur. Ordu döyüşü, dövlət isə ümumilikdə müharibəni aparır. Dövlətin media, qeyri-hökumət təşkilatları, ayrı-ayrı nazirliklər, dövlət xidmətləri ilə qurduğu iş onu deməyə əsas verir ki, 2-5 aprel hadisələrindən Azərbaycan dövləti, xalqı və ordusu alnıaçıq çıxdı. Hər kəsə bir daha bəlli oldu ki, Silahlı Qüvvələrimiz qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadirdir. Torpaqlarımızı işğaldan azad etmək üçün ordumuza çox qısa bir müddət də kifayətdir”.E.Həsənli əlavə edib ki, Azərbaycan bu il xeyli hərbi təlimlər keçirib, hərbi birləşmələrdə, hərbi hissələrdə bu təlimlər davam edir: “Silahlı Qüvvələrin döyüş hazırlığı yüksəldilib. Silahlı Qüvvələrdə xidmət edən zabitlərin mənəvi-psixoloji hazırlığı çox yaxşı durumdadır və keçirilən hərbi təlimlər də bunu göstərdi”.

sia.az

Digər xəbərlər