Siyasət

  • 2 362

Xalqdan dəstək alan siyasət

image

Prezident İlham Əliyev: “Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur”

Gəlin müqayisə aparaq ki, hansı dövlətin başçısı öz xalqına bu qədər yaxın və səmimi olub? Bu gün dünyanın istər aparıcı, istərsə də qeyri-aparıcı dövlətlərində baş verən çoxsaylı siyasi kataklizmlər, böhranlar, baş verən və artan narazılıqlar fonunda Azərbaycanda yürüdülən siyasət, əsrarəngiz model olaraq, təqdim olunmaqdadır.

Bu gün planetimizin son 16 illik mənzərəsinə nəzər yetirsək, görərik ki, mövcud vəziyyət heç də ürəkaçan deyil. Yeni münaqişə ocaqlarının yaranması, miqrant probleminin meydana çıxması, iqtisadi böhranlar, ayrı-ayrı qütblərdə dayanan dövlətlər arasında müharibə riskinin artması ötən illərin reallıqlarıdır. Lakin Azərbaycanın bu 16 ildə keçdiyi yol tamamilə fərqlidir. Belə ki, bu dövrdə yürüdülən düşünülmüş və qətiyyətli siyasətin nəticəsi olaraq, Azərbaycan özünün milli mənafelərini və dövlətçilik maraqlarını layiqincə qorumağı bacarıb. Ölkəmiz müstəqil siyasəti nəticəsində, bütün beynəlxalq siyasi avantüralardan uzaq durub, hansısa dövlətə qarşı tətbiq olunan sanksiyalara qoşulmayıb. Elə buna görə də, ötən 16 il Azərbaycan üçün dinamik inkişaf, beynəlxalq imicinin yüksəlməsi, regionun lider dövlətinə və dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi dövrü kimi xarakterizə olunur.

Möhkəm təmələ və düşünülmüş dərin siyasətə əsaslanan yüksəliş

Sözsüz ki, möhkəm təmələ, düşünülmüş dərin siyasətə əsaslanan yüksəliş yolu Azərbaycanı günbəgün inkişafa, tərəqqiyə və modernləşməyə aparır. Bu isə, Prezident İlham Əliyevin rəhbərliyi isə həyata keçirilən düşünülmüş, təmkinli, lakin olduqca çevik və qətiyyətli, uzaqgörən siyasətin nəticəsidir. Son 16 ildə Azərbaycanın sosial və iqtisadi inkişaf göstəricilərini artırması, enerji təhlükəsizliyi məsələlərində söz sahibi kimi mövqelərini gücləndirməsi, müstəqil xarici siyasət kursu yürütməsi və Ermənistanla sülh danışıqlarında özünün üstün mövqeyini daha da möhkəmləndirməsi ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib. Çünki Azərbaycan...

Çünki dövlətin beynəlxalq imicini şərtləndirən ən vacib amil ölkədə siyasi-ictimai sabitliyin olmasıdır. Azərbaycanda vaxtilə Ulu Öndər Heydər Əliyevin təmin etdiyi sabitlik bu gün Onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə son 16 ildə qazanılan uğurların da, əsas səbəblərindən biri kimi, məhz bütün sahələrdə təmin olunan sabitlikdir. Azərbaycan son 16 ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb və əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb.

15+1 - inkişaf göstəricilərinin zəngin ili

Məhz qazanılan uğurların nəticəsidir ki, 15 il və son bir ildə uğurlarımız, sözün əsl mənasında, möhtəşəmdir. Ötən bir il Prezident İlham Əliyevin gələcəyə, perspektivdə ölkəmizin inkişafına hesablanmış iqtisadi kursunun nə qədər düzgün və milli maraqlarımıza layiqincə xidmət etdiyini təsdiqləyən nümunələr və tarixi hadisələrlə zəngin olub. Son bir ildə “Cənub Qaz Dəhlizi”nin istifadəyə verilməsi ilə respublikamız beynəlxalq enerji təhlükəsizliyi məsələlərində öz mövqelərini bir qədər də möhkəmləndirdi. Türkiyədə “Star” zavodunun tikintisinin başa çatdırılması da, Azərbaycanın qlobal uğuru kimi tarixə düşdü.

Bütün bu uğurların mərkəzində Prezident İlham Əliyevin XALQ-İQTİDAR BİRLİYİNİN olmasıdır. Bu faktoru ayrı-ayrı tanınmış beynəlxalq şirkət və təşkilatların apardıqları sorğuların nəticələri də təsdiqləyir. Belə ki, Fransanın “Opinion Way” şirkətinin, bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu göstərdi ki, Prezident İlham Əliyev ölkə vətəndaşlarının yüksək etimadını qazanıb.

Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub- saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Respondentlərin fikrinə görə, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Ölkədə etnik, dini və ictimai-siyasi zəmində sabitlik hökm sürüb və ictimaiyyətdə narahatlıq doğuran ciddi hallar müşahidə edilməyib. Bütün bunlar ölkədaxili vəziyyəti və Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirməyi təmin edən amillər olub. Elə bunun nəticəsidir ki, sorğunun “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1 faizi, bütövlükdə, müsbət cavab verib. “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5 faizi bütövlükdə müsbət cavab verib.

Sorğunun nəticələri, bir daha göstərdi ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin son bir ildəki fəaliyyətini, həyata keçirdiyi islahat kursunu, ölkəmizdəki mövcud ictimai-siyasi vəziyyəti, hökumətin daxili və xarici siyasətini yüksək qiymətləndirir. Rəyi soruşulanların Azərbaycandakı möhkəm və davamlı sabitliyi Prezidentin fəaliyyətinin birbaşa nəticəsi hesab etməsi isə, sübut edir ki, ölkəmizdəki sabitliyin dayağı xalq-iqtidar birliyidir.

Bu inamın sübutu son 16 ildə çox güclü və sürətli inkişaf edən Azərbaycandır

Son 16 ildə çox güclü və sürətli inkişaf yolu keçən və bu illərdə əldə edilən uğurlar, qarşıya qoyulmuş vəzifələr, bütövlükdə isə, ölkəmizin rəhbərliyi tərəfindən atılan hər bir addım, bilavasitə xalqımızın rifah halının güclənədirilməsinə və müstəqilliyimizin təməllərinin daha möhkəm təməllərə söykənməsinə hesablanıb.

“Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyən dövlət başçısı İlham Əliyevin ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini və gerçəkliyə adekvat olduğunu göstərmişdir.

16 illik Prezidentliyi dövründə Cənab İlham Əliyev xalqın etimadını əməli fəaliyyəti, xeyirli və gərəkli işləri ilə doğruldub. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində, orta aylıq əməkhaqqı 7, minimum əməkhaqqı isə 6,5 dəfə artıb. Təbii ki, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqəsinin, şəhid ailələrinin, əlillərin, qaçqın və məcburi köçkünlərin problemləri daim diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyevin ötən il keçirilən prezident seçkilərində qələbə qazandıqdan sonra imzaladığı ilk Fərmanın şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi haqqında olması deyilənlərin əyani sübutudur. Onu da, vurğulamaq lazımdır ki, bütün şəhid vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesi bu il ərzində başa çatdırılacaq. Bütün bunlar ölkə əhalisinin sosial vəziyyətlərinin yaxşılaşmasına və özlərini güvənli hiss etmələrində daha geniş imkanlar yaradır.

Bir sözlə, bütün bunlar, bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər