Siyasət

  • 3 238

Azərbaycan və Vatikan arasında əlaqələr inkişaf edir

image

Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi (xarici işlər naziri) Pol Riçard Qalaqer ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Vatikan arasında əlaqələrin inkişafından məmnun olduqlarını ifadə ediblər.
Qarşı tərəf Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən mühüm layihələrə istinad edərək Vatikanda bir sıra tarixi abidələrin bərpası ilə bağlı görülən işləri yüksək qiymətləndirib. Öz növbəsində, nazir Elmar Məmmədyarov Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşadığı məkan olduğunu bildirərək, ölkəmizin milli tolerantlıq ənənələri əsasında dünyada sülh şəraitində birgəyaşayış, qarşılıqlı hörmət və multikulturalizm ideyalarını təşviq etdiyini bildirib.
Görüş əsnasında nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, Azərbaycanın haqlı mövqeyi, habelə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına aid maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında məlumat verib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparıblar.

yap.org.az

Digər xəbərlər