Siyasət

  • 3 275

"YAP nümayəndə heyətinin Çinə səfəri münasibətlərin inkişafına öz töhvəsini verəcək" ÖZƏL-MÜNASİBƏT

image

"Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri başa çatdı. Çin Kommunist Partiyasının dəvəti ilə və partiyalararası əlaqələrin qurulmasının 20 illiyinə həsr olunan səfər hər iki tərəf üçün maraqlı, məhsuldar və faydalı oldu". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.Deputat səfərlə bağlı bir neçə məqamı xüsusi qeyd edib:

1. Çin dünyanın iqtisadi cəhətdən 2-ci ən böyük gücüdür. Ölkənin iqtisadi potensialı, həyata keçirdiyi layihələr (Bir kəmər bir yol və s.), gələcək planları nəhəngdir.
2. Çin Kommunist Partiyası 90 milyona yaxın insanı özündə birləşdirir. Bizim gördüyümüz kommunist partiyasından fərqli olaraq çox çevik, elastik və müasir şəraitə uyğunlaşıblar. Ciddi intizam və dəyərlər üzərində hakimiyyətlərini sürdürürlər. Əsas dəyərləri isə “daim islahat, inkişaf və rəqabət”dir.
3. Çin rəsmiləri Azərbaycana çox yaxşı münasibət bəsləyirlər. Ulu öndər Heydər Əliyevi və prezident İlham Əliyevi daim xatırlayan rəsmilər Azərbaycanla və Azərbaycanda işləmək istədiklərini hər görüşdə qeyd edirdilər.
4. Çinli iş adamlarının Azərbaycanda daha çox iş görmək istəklərini bizə çatdırır, bunun üçün bəzi çətinliklərin olduğunu qeyd etsələr də, Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirir və əlaqələrin daha da inkişafına çox inanırlar.
Bütün bunlardan aşağıdakı nəticələri çıxarmaq olar:
1. Regionun ən böyük və güclü partiyası olan Yeni Azərbaycan Partiyası ilə dünyanın 2-ci ən böyük partiyası olan Çin Kommunist partiyası ilə əlaqələrin inkişafı hər iki ölkənin inkişafına xüsusi siyasi töhvə verəcəkdir. Siyasi münasibətlərin yüksək səviyyədə olması isə iqtisadi münasitləri daha da gücləndirəcək.
2. Çin fərqli bir dünyadır, tam fərqıi bir mədəniyyətdir. Nəhəng iqtisadi potensialdır. Biz Çini daha çox öyrənməli və tədqiq etməliyik. Çinlə bağlı ayrıca və fərqli yanaşmamız olmalıdır. Sevindirici haldır ki, Azərbaycanın Çinlə bağlı dövlət siyasəti bu prinsiplər üzərində qurulmaqdadır.3. Çin rəsmiləri bütün görüşlərdə Azərbaycandan daha çox məhsul idxal etmək arzularında olduqlarını və ölkəmizin bunun üçün iqtisadi potensiala sahib olduğunu qeyd edirdilər. Son illər bu istiqamətdə Azərbaycan dövləti xeyli işlər görür. Bu potensialı biz sürətlə rəqəmlərə çevirməliyik. Beləliklə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası nümayəndələrinin Çinə səfəri Azərbaycan Çin münasibətlərinin daha da inkişafına öz töhvəsini verəcəkdir".

sia.az

Digər xəbərlər