Siyasət

  • 3 830

""Əsrin müqaviləsi" Azərbaycanın firavan gələcəyini təmin etdi" ÖZƏL-ŞƏRH

image

""Əsrin müqaviləsi" müstəqilliyimizin möhkəmlənməsinə ölkəmizin inkişafına böyük töhfə verdi". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.Deputatın sözlərinə görə, "Əsrin müqaviləsi" imzalandıqdan sonra Azərbaycanın dünya ölkələri arasında mövqeyi qısa müddətdə xeyli yaxşılaşdı: "Ölkəmiz yeni neft strategiyasını müəyyənləşdirdi. Azərbaycan tarixini zənginləşdirən bir hadisə kimi “ Əsrin müqaviləsi” kimi tarixə düşdü. Qeyri neft sektoru inkişaf etdi.1993-cü il Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın ölüm ya ölüm məsələsini həll etdi. Ölkəni bu vəziyyətdən qurtarmaq üçün müxtəlif yollar axtarıldı. İlk növbədə ölkənin dağılmaq qarşısını almaq, sonra inkişaf barədə fikirləşmək. Neft müqavilələri barədə müzakirələrə xüsusi yer verdi. Uzun müddət müqavilələr üzərində işlənildi burada ölkənin mənafeyinə, maraqlarına xidmət edən bir müqavilə əldə edildi. 1994-cü il sentyabrın 20-də Qərbin nəhəng neft şirkətləri ilə neft kontraktı bağlanıldı. Neft kontraktının bağlanması üçün çox ağır danışıqlar aparıldı nəhayət Ümummilli lider Heydər Əliyev xalqın maraqlarına cavab verən böyük əhəmiyyət kəsb edən “Əsrin müqaviləsinin” imzalanmasına nail olur. Ulu öndər Heydər Əliyevin təkidi, zəhməti, uzaqgörən siyasəti nəticəsində ölkəmizin gələcək inkişafı naminə yeni inkişaf erasına daxil olması üçün Azərbaycan neftinin Avropaya nəql olunmasına hesablanmış bir layihənin reallaşmasına imza atdı və nəhəng neft şirkətlərinin bu layihəyə imza etmələrinə inandırdı və “əsrin müqaviləsinin” imzalanmasına nail oldu. Bu işi Ümummilli lider Heydər Əliyevdən başqa heç bir qüvvə bu cür müqavilə imzalaya bilməzdi.“Əsrin müqaviləsi” imzalandıqdan sonra “Çıraq” yatağından hasil olunan neftin Supsa Limanından dünya bazarına ixracına başladı. Bu gündən ölkə iqtisadiyyatının inkişafına təməl yarandı. Şaxələnmiş iqtisadiyyatın yaradılmasına şərait yaratdı. Gələn gəlir hesabına əhalinin sosial vəziyyəti, güzaranı yaxşılaşmağa doğru əhəmiyyətli rol oynadı.Yeni iş yerləri açıldı, istehsal sahələri yaradılmağa başlandı.Azərbaycanın bu günki inkişafında "Əsrin müqaviləsi"nin mühüm rolu vardır. Neft kapitalını insan kapitalına çevrilməsi qarşıya qoyulan hədəflərdən biridir. Möhtərəm Prezidentimiz buna nail oldu və daha çox nəticə aldı. Ölkəmizin inkişafının əsasını neft gəlirləri təşkil edirdi. Vəsait iqtisadiyyatın müxtəlif sahələrinə yatırılırdı. İqtisadiyyat inkişaf etdi. Hədəflərdən biri isə dövlət büdcəsini, neftdən asılılığını azaltmaq, kənd təsərrüfatına qoyulan vəsait, güzəştlər kəndçini torpağa qaytardı. Azərbaycan enerji təhlükəsizliyi mərkəzinə çevrildi. Ölkənin inkişafı, sabitlik, stabillik xarici investorları n cəlb olunmasına şəriat yaratdı. Ölkəmizə o vaxtdan gələn investorlar bu gündə işləyirlər. Müqavilə bu gündə öz əhəmiyyətli rolunu oynayır. Prezident Cənab İlham Əliyev demişdir ki, “neft gəlirləri məqsəd deyil, xalqımızın maddi rifahı halının davamlı olaraq yaxşılaşdırılması üçün bir vəsaitdir”. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev əldə olunan uğurları və xalqımızın, dövlətimizin gələcəyini nəzərə alaraq “Əsrin müqaviləsi” müddətinin 2050-ci ilə qədər uzadılması ilə əlaqədar müqaviləni imzalamışdır. Enerji təhlükəsizliyi ilə əlaqədar yeni beynəlxalq layihələr reallaşmağa başladı. Ölkəmiz enerji təhlükəsizliyi ilə əlaqədar olan beynəlxalq layihələrdə söz sahibinə çevrildi. “Əsrin müqaviləsinin” 25 illiyi və neftçilər günü münasibətilə Azərbaycan xalqını neftçiləri təbrik edirəm".

sia.az

Digər xəbərlər