Siyasət

  • 2 659

"Əsas dövlətdə sabitliyin qorunmasıdır” ÖZƏL-MÜNASİBƏT

image

Müxalif baxışlı ekspert və bloqçular tərəfindən işsizlik statistikası ilə bağlı manipulyasiya cəhdlərinin artması müşahidə olunur. Verilən şərhlərdə statistikanın daha yüksək olduğu, rəsmi rəqəmlərin reallığı əks etdirmədiyi iddia olunur.Məsələ ilə bağlı SİA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa bunları deyib: “Ümumiyyətlə bu cür rəqəmlərlə bağlı hər bir ölkədə belə mübahisələr zaman-zaman olur. Amma bütövlükdə ölkənin real durumuna baxmaq lazımdır. Yəni bizdə müəyyən nöqsanlar, çatışmazlıqlar olsa da belə bu digər ölkələrin vəziyyəti ilə müqayisə olunmalıdır. Xüsusilə də Liviya, Suriya və digər başqa ölkələrdə baş verənlər, hətta Ermənistanın özündə də baş verənlər göstərir ki, sabit duruşla ayaqda qalmaq çox çətindir. Azərbaycan dövləti bunu edə bilirsə, bu kiçik nöqsanlar belə əslində arxa planda qalır. Əsas dövlətdə sabitliyin qorunması və dünyada problemlərimizin ardıcıl olaraq diqqət mərkəzinə gətirilməsidir. Düşünürəm ki, əsas bu faktordan yanaşılsa məncə bu cür bədxah proqnozlar olmayacaq”.

sia.az

Digər xəbərlər