Siyasət

  • 3 078

Müstəqilliyimizin qarantı olan tarixi layihə - “Əsrin müqaviləsi” ÖZƏL-MÜNASİBƏT

image

“Əsrin müqaviləsi”nin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın əsas sərvəti olan neftin dünya bazarına çıxarılması ilə ölkəmiz öz müstəqilliyini təminat altına ala bildi. Çünki hələ müstəqillik üçün bir sıra atributlar var ki, onlar daxili auditoriya üçün zəruridir. Bunlar Bayraq, Himn, Gerbdir və xalqın da bu məsələdə əsas dəstəyidir. Amma xarici auditoriya üçün ilk növbədə həmin ölkə ilə əməkdaşlıq, onun tanınması və onunla müəyyən münasibətlərin inkişaf etdirilməsi məsələsi dayanır". Bunu SİA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa deyib."Biz neft amilindən istifadə edərək “Əsrin müqaviləsi” vasitəsilə bu iqtisadi ünsiyyəti dünya ilə qura bildik. Təbii ki, bunun da bizim gələcək inkişafımıza faydası oldu. Bunun həm iqtisadi gəlirlərimizin artmasına faydası oldu, həm də Azərbaycana qarşı bir sıra ölkələrin neytrallaşmasına, ona qarşı olan təzyiqlərin azalmasına gətirib çıxardı. Baxmayaraq ki, Azərbaycanın situasiyası başqa ölkələrdən çox fərqli idi. Bizdə Dağlıq Qarabağın işğalı ilə bağlı bunu gerçəkləşdirən qüvvələri işğalçı kimi tanımaqdan faktiki olaraq imtina edən bir dünya ilə üz-üzə idik. Ona görə də bunun dəyişməsi üçün bu kontraktın bizim üçün həyati əhəmiyyət daşıdığını gördük. Hesab edirəm ki, bu istiqamətdə də səylərimizi artırmalıyıq. Azərbaycanda ümumi dünyaya çıxışın fundamentini bu müqavilə təşkil edir. Bu müqavilədə həm də Azərbaycanla hesablaşma faktoru var. Biz bunu ağıllı istifadə etdiyimizə görə də bu günləri dünya ailəsində öz sözü, çəkisi ilə bir Azərbaycan mövcud olub"-deyə, F.Mustafa fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər