Siyasət

  • 3 402

“Əsrin müvaqiləsi”ndən başlanan yol: dirçəliş, yüksəliş, tərəqqi, intibah RƏY - ÖZƏL

image

“Ümummilli lider Heydər Əliyevin şah əsəri hesab edilən “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan müstəqilliyini həzm və qəbul edə bilməyən, onu “üçüncü dünya dövləti”nə, vassala, forposta çevirmək istəyən qüvvələrin, dairələrin, güclərin üzərində qələbə çaldı, zəfər qazandı. Müstəqil Azərbaycan həmin gün yenidən Günəş kimi doğdu, parladı, ətrafa öz şəfəqlərini saçdı, müstəqil dövlət və dövlətçilik yolunda bir daha qərarlığını nümayiş etdirdi”. Bu fikirləri SİA-ya açıqlmasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.Müqavilənin Azərbaycan üçün çox böyük əhəmiyyətə malik olduğunu deyən deputat söyləyib ki, bu saziş imzalandıqdan sonra xarici şirkətlərlə daha 35 sazişin bağlanması təsadüfi deyildi: “Sazişdən sonra neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən – 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Beləliklə, neft hasilatı 5,6 dəfə artdı”.K.Əliyeva bildirib ki, “Əsrin müqaviləsi”nin ən böyük nailiyyətlərindən biri də odur ki, bu müqavilə yalnız AÇG yataqlarının işlənməsi ilə məhdudlaşmadı: “Bu böyük layihənin törəmələri meydana gəldi ki, onların da birincisi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri oldu. “Əsrin müqaviləsi”nin övladı olan bu kəmər 2005-ci il may ayının 28-də istismara verildi, 2006-cı il iyulun 13-də isə onun rəsmi açılışı oldu. Vaxtilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri layihəsinin də əleyhdarları vardı. Amma indi baxın: 2019-cu il sentyabrın 1-dək dünya bazarlarına 554 milyon tona qədər Azərbaycan nefti çıxarılıb ki, bunun da 158 milyon tonu Bakı-Supsa, Bakı-Batum, Bakı-Novorossiysk kəmərləri və dəmir yolu ilə, 396 milyon tonu isə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilib. Əgər bu kəmər olmasaydı, bu qədər nefti dünya bazarlarına biz necə aparıb çıxara bilərdik?”.Deputat qeyd edib ki, Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından, məhz onun siyasi iradəsi və müdrikliyi sayəsində Azərbaycanın maraqlarına cavab verən tarixi “Əsrin müvaqiləsi”nin imzalanmasından başlanan yol dirçəliş, yüksəliş, tərəqqi, intibah yolu və mərhələsi oldu: “23 ildən sonra növbəti tarixi “Yeni əsrin müqaviləsi” imzalandı, yeni tərəqqi və çiçəklənmə mərhələsi başlandı. Azərbaycan bu gün də məhz bu yolla öz parlaq gələcəyinə, uğurlu inkişafına, əmin-aman, təhlükəsiz sabahına doğru şövqlə, əzmlə və qətiyyətlə irəliləyir”.

sia.az

Digər xəbərlər