Siyasət

  • 3 628

“Əsrin müqaviləsi” uğurlu neft strategiyasının möhtəşəm təntənəsidir ÖZƏL-MÜNASİBƏT

image

“Bu gün xalqımız Azərbaycan tarixi üçün xüsusi əhəmiyyətə malik “Əsrin müqaviləsi”nin 25-ci ildönümünü böyük təntənə ilə qeyd edir. Əminliklə söyləmək olar ki, “Əsrin müqaviləsi” Azərbaycanın inkişaf və yüksəliş yolunda əsas dönüş nöqtəsi olub. Ötən 25 ildə qazandığımız uğurların bəhrələri xalqımızın gündəlik həyatında, maddi rifah halında bariz şəkildə hiss olunur. Bu sahədə görülən titanik işlər öz həcminə və əhəmiyyətinə görə olduqca möhtəşəm və heyrətamizdir. Bütün bunlar gərgin zəhmətin, qətiyyətli siyasi iradənin, ardıcıl idarəçilk dəst-xəttinin, dönməz və məqsədyönlü fəaliyyətin, ilk növbədə isə müstəqil dövlətçiliyimizin memarı, Ulu Öndər Heydər Əliyevin siyasi dühasının, uzaqgörənliyinin və qətiyyətinin parlaq ifadəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Quliyev deyib.E.Quliyev bildirib ki, “Əsrin müqaviləsi” Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu uğurlu neft strategiyasının möhtəşəm təntənəsidir. Onun sözlərinə görə, bu sazişin tarixi əhəmiyyəti zaman keçdikcə daha aydın görünür. Ölkəmizin iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun, xalqımızın firavan həyatının qarantına çevrilmiş uzunmüddətli enerji strategiyası bu gün də Azərbaycanın dinamik inkişafı ilə paralel irəliləyərək, bir-birindən parlaq zəfərlərə yol açır, neft-qaz sənayemizi daha yüksək zirvələrə aparır. “Azərbaycan Prezidenti İlham Əliyev “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətini vurğulayarkən onu “uğurlu inkişafımızın əsas mənbəyi” adlandırıb. Verilən rəsmi məlumatlara görə, bu layihə bu günə qədər ölkəmizə 143 milyard dollardan çox gəlir qazandırıb. "Azəri-Çıraq-Günəşli" istismara veriləndən indiyə kimi 492 milyon ton neft və 161 milyard kubmetr qaz hasil edilib. Hesab edirəm ki, bu, olduqca böyük nəticədir və ölkə həyatının bütün sahələrində özünü parlaq şəkildə büruzə verib. Əldə olunan neft gəlirlərinin səmərəli idarə edilməsi nəticəsində ordunun, təhsil, elm və səhiyyə müəssisələrinin müasirləşdirilməsi, sosial xidmətlərin səviyyəsinin yüksəldilməsi, urbanizasiya və müasir şəhər infrastrukturunun inkişaf etdirilməsi və başqa sahələrdə əsl sıçrayış baş verib.Təsadüfi deyil ki, ötən 25 il ərzində respublikamızda ümumi daxili məhsul 216 dəfə artmış, yoxsulluq səviyyəsi 10 dəfədən də çox azalmışdır. Hazırda yoxsulluğun səviyyəsi 5 faizdən aşağıdır ki, bu da dünyada çox yaxşı göstəricidir. Azərbaycan bu gün iqtisadi yüksəliş tempinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanır. Ölkədə abadlıq, quruculuq işləri genişlənir, şəhərlər, kəndlər simasını dəyişir, iritutumlu sosial layihələr müvəffəqiyyətlə həyata keçirilir. Uğurla gerçəkləşdirilən iqtisadi islahatların bəhrələri xalqımızın gündəlik həyatında, məişətində, maddi rifah halında əks olunur. İqtisadiyyatın, sosial inkişafın müxtəlif seqmentlərində keçirilən layihələr, dövlət və özəl müəssisələr tərəfindən qoyulan sərmayələr həm birbaşa, həm də dolayısı ilə yüz minlərlə, milyonlarla Azərbaycan vətəndaşı üçün iş yerləri, biznes imkanları, müxtəlif sahələrdə dayanıqlı, fəal qazanc mənbələri yaradıb. Neft gəlirlərinin insan kapitalına transformasiyası həyatımızın keyfiyyət göstəricilərinin, ilk növbədə isə, xalqımızın maddi rifah halının durmadan yüksəlməsinə səbəb olub. Hesab edirəm ki, “Əsrin müqaviləsi”nin müddətinin uzadılması isə gələcək uğurlarımızın əsasını təşkil edəcək və ölkəmizi daha da gücləndirəcək”-deyə, E.Quliyev vurğulayıb.

sia.az

Digər xəbərlər