"Azərbaycan ATƏT-dən imtina etməlidir" ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilən görüşdən Azərbaycan tərəfinin heç bir gözləntisi yoxdur". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib."Çünki ATƏT-in həmsədr dövlətləri işğalçı dövlətlə işğal olunan dövlətə eyni statusla yanaşır. Bu onların birinci səhvidir. İkincisi, həmsədr dövlətlərin hər üçü xristian həmrəyliyi göstərirlər və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hər hansı bir addım atmırlar. Üçüncüsü, onlar bu məsələlərdə sanki üçüncü hakim statusunda çıxış edirlər. Amma əslində bu BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələrin icrasını həyata keçirməlidirlər. Lakin onu da etmirlər. Təbii ki, bu da növbəti bir danışıq olacaq. Çünki ya ATƏT-in formatı dəyişilməlidir, ya da əlavə olaraq Pakistan və Türkiyə bura qəbul olunmalıdır. Orada iki müsəlman dövləti olmalıdır. Biz parlament səviyyəsində bu məsələni qaldırmalıyıq. Azərbaycan ATƏT-dən imtina etməlidir. Bu məsələlərdə bu günə qədər haqsız mövqe tutan ATƏT-in Minsk Qrupudur", - deyə, politoloq fikrini tamamlayıb.

sia.az