Siyasət

  • 3 627

YAP Qaradağ rayon təşkilatı 1 oktyabr Beynəlxalq Ahıllar günü ilə bağlı rayon ərazisində sosial aksiya keçirib

image

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı 1 oktyabr Beynəlxalq Ahıllar günü ilə bağlı rayon ərazisində sosial aksiya keçirib.
Aksiya çərçivəsində YAP Qaradağ rayon təşkilatının fəalları rayonda yaşayan ahıl, kimsəsiz və qayğıya ehtiyacı olan insanları ziyarət edib, onlara maddi dəstək göstəriblər.
Aksiyada iştirak edən partiya fəallar bildiriblər ki, sosial dövlət olan Azərbaycanda vətəndaşlara qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətidir. Qeyd olunub ki, ilin əvvəlindən bəri ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn çoxlu sayda Fərman və sərəncamlar imzalanıb. Bu sırada şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi, problemli kreditlər məsələsinin həllini tapması, bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi, əməkhaqlarının, pensiyaların, tələbə təqaüdlərinin, müavinətlərin artırılması və digər bu qəbildən olan tədbirlər bir daha sübut edir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşının mənafeyi dayanır.
Xüsusilə qeyd olunub ki, öz fəaliyyətində hər zaman xalqımızın maraqlarını rəhbər tutan, cəmiyyətdən gələn sosial sifarişlərə uyğun çoxsaylı layihələr reallaşdıran Yeni Azərbaycan Partiyası da Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi siyasətə dəstək verir, bu siyasətin daha uğurlu nəticələr verməsi üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Bütövlükdə rayon təşkilatının fəalları 10-dan çox ailəyə baş çəkib, onlara yardım göstəriblər.
Sözügedən ailələr və rayon ictimaiyyəti YAP-ın bu təşəbbüsünü yüksək qiymətləndirib, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

yap.org.az

Digər xəbərlər