YAP Nərimanov rayon təşkilatı və təşkilatın Gənclər Birliyi Nərimanov rayon ərazisində yaşayan tənha ahılları ziyarət edib

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası 1 oktyabr Beynəlxalq ahıllar günü ilə bağlı daha bir sosial yardım aksiyası həyata keçirir. Aksiyaya YAP Nərimanov rayon təşkilatı və təşkilatın Gənclər Birliyi qoşularaq Nərimanov rayon ərazisində yaşayan tənha ahılları ziyarət edib və onlara yardım sovqatı paylanıb.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz tağıyevin sözlərinə görə, YAP daim müxtəlif layihələr həyata keçirərək qayğıya ehtiyacı olan insanlarla görüşlər keçirir: “Yeni Azərbaycan Partiyası hər zaman bu cür sosial aksiyalar reallaşdırılır. Partiyamızın gənc üzvləri də bu aksiyalarda fəal iştirak edirlər. Bu gün reallaşdırılan ahıl insanlara, aztəminatlı ailələrə sosial yardım aksiyası da dövlətimizin və partiyamazın sosial siyasətini özündə ifadə edir”.
T.Tağıyev belə görüşlərin bundan sonra da davam edəcəyini deyib. Hökumətin və partiyanın həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verdiyini deyən təşkilat sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin, o cümlədən də qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzində saxlanılır. Belə tədbirlər dövlətimizin, Prezident İlham Əliyevin siyasətinə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə həyata keçirdiyi layihələrə dəstək xarakteri daşıyır.
Qeyd edək ki, ziyarət olunan ahıl, qayğıya ehtiyacı olan insanlar, belə xeyriyyə aksiyalarının təşkilinin ölkəmizdə aztəminatlı ailələrə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu söyləyib, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

yap.org.az